Moldova və Rumıniyanın birləşməsi respublikanın AB-yə daxil olmasından daha real perspektivdir.
Elchi.az xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Vlad Filat deyib.
“Vətəndaşların Avropaya inteqrasiya ideyası ətrafında səfərbər olunması illüziyadır. AB-yə qoşulmağın yeganə real yol olduğunu söyləmək doğru deyil. Düşünürəm ki, iki Rumıniya dövlətinin yenidən birləşməsinə nail olmaq AB-yə daxil olmaqdan qat-qat yaxındır”, – o bildirib.
Filat vurğulayıb ki, AB-yə qoşulmaq və yenidən birləşmə (Rumıniya ilə – red.) bir-birinə ziddiyyət təşkil etməməlidir.
Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb
İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az "Madrid Xtra" nəşrinə istinadən xəbər...