"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Sülh sazişi sadəcə bir sənəddir, amma onun icrası…”-Tofiq Zülfüqarov

25 Fevral 2023 - 21:39
in Cebhe-banner, GÜNDƏM, MANŞET, MÖVQE, SİYASƏT
FacebookVatsap

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla həmsöhbət olduq. Son günlər ölkənin ictimai-siyasi arenası ətrafında baş verən proseslər barəsində fikir mübadiləsi apardıq.

Bunu da oxuyun

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Tofiq Zülfüqarovun Elchi.az-a müsahibəsini təqdim edirik:

– Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın sonunda Azərbaycana gələcək. Səfər haqqında fikirləriniz nədir?

-Məlumdur ki, Lavrovun səfər Münhen təhlükəsizlik konfransından sonra baş tutacaq. Konfransda əsas mövzulardan biri Qərb və Rusiyanın qarşıdurması, Ukraynada baş verənlər və.s idi. Lavrovun Azərbaycana səfəri ilk növbədə Qərb-Rusiya qarşıdurması mövzusuna aiddir. Amma bir məqamı da xüsusilə qeyd edim ki, bundan qabaqkı vəziyyət və Rusiyanın dominantlığı Qərb tərəfindən uzunmüddət qəbul olunub. Görürdük ki, müstəqilliyimizi bərpa edəndən sonra bölgə ölkələri bu dominantlığı hiss ediblər və Qərb buna razılıq verirmiş kimi görsənirdi. İndi isə istisna olunmur ki, burada idarəetmə üslubları təzə formada olacaq. Yəni Rusiyanın monopoliyası yox, bəlkə hansısa şəkildə müştərək idarəetmə mexanizmləri təsdiq ediləcək. Hər halda Fransa və Avropa ölkələrinin bir çoxu açıq şəkildə bəyan edirlər ki, bölgədə hansısa fəal siyasəti yürütmək üçün Rusiya ilə əməkdaşlıq etməliyik. Hələ Ukraynadakı müharibədən qabaq Markonun da bununla bağlı məşhur bəyanatı var idi. Amma Avropa ölkələri bu və ya digər şəkildə Rusiya ilə müştərək şəkildə bölgəni idarə etmək üsulları axtarışındadır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda rus hərbçiləri mövcuddur və əminik ki, 2025-ci ilə qədər qalsalar belə, onların Azərbaycandan getməyi qaçılmaz olacaq. Azərbaycanın məqsədi ondan ibarətdir ki, xaricdən müdaxilələrə tamamilə son qoyaq.

-Bəs, bu müdaxilələrə son qoymağa yaxın gələcəkdə nail ola bilərik?

-Rusiya-Ukrayna arasında qarşıdurma istər-istəməz bizə də təsir edir. Biz hansısa kosmosda olan ölkə deyilik. Hələlik vəziyyət ona gətirib çıxarıb ki, Rusiyanın zəifləməsi göz qabağındadır. Nüfuzları, onların təsir dairəsinin necə idarə olunacağı hələlik sual altındadır. Amma hər halda hansısa mərhələdə dil tapacaqlar. Necə ki, Minsk qrupunun içində vaxtilə dil tapmışdılar və 30 il ərzində eyni oyunu oynayırdılar. Bəllidir ki, biz milli maraqlarımızı hər şeydən üstün tutmalıyıq.

-Rusiya-Ukrayna müharibəsinin 1 ili tamam olur. Sizcə nəticə necə olacaq?

-Bu qarşıdurma təkcə Ukraynada yox, digər bölgələrdə, o cümlədən, Cənubi Qafqazda özünü büruzə verir. Bölgəyə aid rəqabətin mövcudluğunu görürük. Hər kəs başa düşür ki, bundan qabaq olan vəziyyət Ukrayna müharibəsi nəticəsində dəyişməlidir. Geopolitik reallq nə şəkildə baş verəcək, Rusiya meydanı tərk edəcək, yoxsa qalıb digər bir formatda öz nüfuz dairəsini genişləndirəcəkmi, bunu zaman göstərəcək.

-Yanvarın 27-də Tehrandakı səfirliyimizə hücum oldu. Terrorçu ruhi xəstəxanaya yerləşdirildi. Buna münasibətiniz nədir?

-Prezident Tehrandakı səfirliyimizə hücumla bağlı öz bəyanatını açıqladı və söylədi ki, terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməyib, onun qarşısı alınmayıb. Digər məsələ odur ki, terrorçunun 2 gün ərzində ruhi xəstə olduğunu müəyyən ediblər. Baxmayaraq ki, bunu müəyyən etmək üçün ən azı bir neçə həftəlik ekspertiza aparılmalıdır. Aydındır ki, təşkil olunmuş hadisə idi. Bunun arxasında dayananlar təbii ki, müəyyən edilməli, İrandan bu istiqamətdə ciddi və şəffa addımlar atılmalıdır.

-Laçın-Şuşa yolunda etiraz aksiyası davam edir. Bu aksiya bizə nə qazandıra bilər?

– Münhen təhlükəsizlik konfransının nəticəsi göstərdi ki, Azərbaycan ictimai dairələrinin aksiyası qanunidir. ABŞ-ın dövlət katibi Entoni Blinkenə də aiddir ki, tərəflər beynəlxalq qanunlara uyğun olaraq sərhəd nəzarətini tətbiq etməlidirlər. Yəni ictimai nəzarət artıq məntiqi formada davam etməlidir və bu nəzarət dövlət qurumları tərəfindən həyata keçirilməlidir. O dövlət qurumları ki, bizim sərhəd haqqında qanunlarımızda nəzərdə tutulur.

-Ermənistanın yekun sülhə gəlməsi üçün hansı addımlar atılmalıdır?

– Ermənistanın xarici və daxili siyasətinin əsas istiqaməti Azərbaycana qarşı ərazi iddialarıdır. Azərbaycan münaqişə zonasının tamamilə ləğv olunması üçün vacib və əsaslı addımlar atıb. Əgər buna nail olsaq, deməli, gələcəkdə Ermənistanla olan problemlərimiz Qarabağda yox, sərhəddə həll olunacaq. Yəni qarşıdurmanın, əməkdaşlığın meydanı sərhəd olacaq, Qarabağ yox. Əsas məqsədimiz bundan ibarətdir. Sülh sazişi də bununla bağlıdır. Başa düşməliyik ki, sülh sazişi sadəcə bir sənəddir, amma onun icrası, xüsusilə Ermənistan üçün bu və buna bənzər sənədlərə münasibəti heç də beynəlxalq qanunlara uyğun deyil. Gəlin yada salaq: Ermənistan 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və bununla da torpaqlarımızı talan ediblər. Onların kağız üzərində götürdükləri öhədliklər heç də əsas deyil. Ona görə sülh sazişi dedikdə sülh prosesinə köklənməli, bu prosesi əsas götürməliyik. Sülh sazişini əks etdirən sənəd digər proseslərə uyğunlaşmış şəkildə olmalıdır. Bir sözlə, sənəd öz yerində qalsın, lakin proseslərin icrasına diqqət yetirmək lazımdır. Məqsədimiz ondan ibarətdir ki, ermənilərin daxili işlərimizə qarışmaq imkanlarını aradan götürək, mənfi təsirlərinin qarşısını alaq.

Söhbətləşdi: Yeganə

Previous Post

İƏT-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

Next Post

İlham Əliyev soyqırımla bağlı paylaşım etdi

Bənzər yazılar

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10 Noyabr 2026 - 11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Karol Navrotskiyə başsağlığı məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli...

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

10 Noyabr 2026 - 11:50

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Elchi.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab...

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

10 Noyabr 2026 - 10:19

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim...

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Türkiyə və Pakistanın...

Next Post
İlham Əliyev soyqırımla bağlı paylaşım etdi

İlham Əliyev soyqırımla bağlı paylaşım etdi

İlham Əliyev soyqırımla bağlı paylaşım etdi

İlham Əliyev soyqırımla bağlı paylaşım etdi

Son xəbərlər

Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı

10 Noyabr 2026 - 12:25
BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

10 Noyabr 2026 - 12:12
Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Dövlət başçısı Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10 Noyabr 2026 - 11:57
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

10 Noyabr 2026 - 11:50
Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

Flippində 6 əcnəbini daşıyan şəxsi təyyarə qəzaya uğradı

10 Noyabr 2026 - 11:30
Qazaxda avtomobil yanıb

Qazaxda avtomobil yanıb

10 Noyabr 2026 - 11:10
Dünya bazarında qızıl bahalaşıb

Dünya bazarında qızıl bahalaşıb

10 Noyabr 2026 - 10:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib

10 Noyabr 2026 - 10:19
Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

09 Noyabr 2026 - 18:00
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 32 faiz artırıb

09 Noyabr 2026 - 17:47
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb

09 Noyabr 2026 - 17:34
“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

“Zəfər nəsli” gənclər düşərgəsinin açılış mərasimi keçirilib

09 Noyabr 2026 - 17:26
İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

İrəvanla Bakı arasında münasibətlərin normallaşması… – Şoyqu

09 Noyabr 2026 - 17:19
Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə yollar buz bağlaya bilər – XƏBƏRDARLIQ

09 Noyabr 2026 - 17:10
Adanada zəlzələ olub

Adanada zəlzələ olub

09 Noyabr 2026 - 16:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.