Aİ qeyri-qanuni gəlişlərin artması səbəbindən daha çox miqrantı deportasiya etmək istəyir.
Elchi.az “Politico”-ya istinadən xəbər verir ki, Avropanın daxili işlər üzrə komissarı Ylva Johansson vurğulayıb ki, sığınacaq istəməyən daha çox insan öz ölkələrinə deportasiya edilməlidir, çünki Aİ paytaxtları artan qeyri-qanuni miqrasiyaya qarşı daha sərt yanaşma tələb edir.
“Biz deportasiyaların sayını artırmaqda əhəmiyyətli irəliləyiş əldə edə və onu daha səmərəli və daha sürətli edə bilərik”, – deyə Yohansson Aİ daxili işlər nazirlərinin Stokholmda keçirilən qeyri-rəsmi görüşündən əvvəl açıqlama verib.
Onun sözlərinə görə, sığınacaq üçün müraciətlərin sayı qeyri-qanuni gələnlərin sayından 3 dəfə çox olduğundan, qəbul imkanları həddən artıq yüklənir. O bildirib ki, bir çox müraciət edənlərin beynəlxalq müdafiəyə ehtiyacı yoxdur.
“Buna görə də İsveçin Aİ-yə sədrliyinin miqrantların geri qayıtmasına diqqət yetirməsini çox alqışlayıram. Bunun üçün isə qanunun qəbulunu gözləmək lazım deyil”, – deyə o, əlavə edib.
Yeganə