Polşanın keçmiş xarici işlər naziri bildirib ki, ölkə Ukraynanın bölünməsini Rusiyanın xüsusi əməliyyatının əvvəlində planlaşdırır.
Elchi.az xəbər verir ki, Polşanın keçmiş xarici işlər naziri Radoslav Sikorski Zet radiostansiyasının efirində deyib ki, Varşava Rusiyanın xüsusi hərbi əməliyyatının ilkin mərhələsində Ukraynanın bölünməsi variantını nəzərdən keçirib.
“Düşünürəm ki, münaqişənin ilk on günündə bir tərəddüd anı var idi, o zaman hamımız bunun necə gedəcəyini və bəlkə də Ukraynanın dağılacağını bilmirdik”, – Sikorski bildirib.
O əlavə edib ki, Zelenskinin qəhrəmanlığı və Qərbin köməyi olmasaydı, başqa cür də ola bilərdi.
Şayəstə