"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Rusiya seçim qarşısında: ya Krım, ya da Putin…

20 Dekabr 2014 - 17:35
in MÖVQE
FacebookVatsap
“Məndən soruşurlar ki, kimisə sevirsənmi? Soruşurlar ki, kimsə səni sevirmi? Onlar elə bilir ki, mən tamam qəddarlaşmışıam…” Bu sözləri V.Putinin öz dilindən img1518381eşitməsəydik, bunu başqa bir adam desəydi, düşünərdik ki, insanlar hələ bu siyasətçini başa düşmürlər…
Amma onu başa düşüblər, “diaqnozu” da düzgün qoyublar. Mən psixoloq deyiləm. Amma çoxdan hiss etmişdim ki, Putində bir maniya var, bəlkə də bu adam özünün fövqəl missiyasının olmasına təkcə özünü inandırmayıb, başqalarına da bu fikri təlqin edir…
Eyni simptomları bir vaxt C.Buşda da sezmişdik. Bu adam da tarixi missiya haqda çox danışırdı. Nə yaxşı ki, onun əlindən qurtardıq. Amma Putin qalır və qaldıqca da böyük təhlükə mənbəyinə çevrilir…
Ən maraqlısı isə budur ki, Rusiya cəmiyyəti özü də ondan geri qalmır, o, özü də “axsayır”. Bu yaxınlarda Putini ilin adamı elan etmişdilər. Budur, Avropanın və ABŞ-ın yüngülcə üfürməsi ilə Rusiya iqtisadiyyatı ləngər vurdu… Bu adamlar, bu cəmiyyət başa düşmür ki, Yer kürəsinin yarısını işğal etməklə deyil, əkib-becərməyi, işləməyi də bacarmaq lazımdır…
Belə getsə, Rusiya çökəcək. Putin indi iki il istəyir. Soruşan lazımdır ki, bu iki ildə sən nə edəcəksən? İki ildə qeyri-neft sektoru yaradacaqsanmı?
Cəmiyyət də susur və ona inanır. Mən bu cəmiyyətə canlı orqanizm kimi baxa bilmirəm. Bu cəmiyyət ən eybəcər ideologiyalar üçün xammaldır, bu cəmiyyət yalnız hansısa ideologiyanın fanatlarını cücərdə bilər…
Daha bir maraqlı detal budur ki, dekabrın 21-i də İ.Stalinin doğum günüdür.
Rusiya çarlar ölkəsi olub. Ona görə də müstəbidlik bu mühit üçün yeni bir şey deyil…
Amma mənə həmişə elə gəlib ki, Rusiya siyasətində həmişə bir “Stalin sindromu” olub. Baş katiblər, indi də prezidentlər İ.Stalini yamsılamağa, ona bənzəməyə çalışıblar. Hətta N.Xruşşova da bu hisslər yad deyildi…
V.Putin İ.Stalinə simpatiyasını gizlətmir. Bir dəfə dedi ki, Stalin ölkəni oraq-çəkiclə alıb, nüvə silahı ilə təhvil verdi. Hər halda, V.Putin İ.Stalinə V.Lenindən daha yaxşı münasibət bəsləyir, V.Lenini o, ümumiyyətlə, vətən xaini hesab edir…
İ.Stalinin də günahı çox olub. Ən böyük günahı isə Rusiya kimi nüvə imperiyası yaratmaqdır. Nüvə silahı olmasaydı Rusiya bu on illər ərzində ən azı on dəfə yıxılıb-dağılardı…
Amma nüvə silahı qoymur. Baxarsınız, bir də görəcəksiniz ki, dünyada nüvə dövlətini ac qoymamaq çağırışları səslənəcək…
Bir vaxt zəhləmiz getmişdi və bu haqda eşitməkdən bezmişdik: hamı deyirdi ki, ac Rusiya çox təhlükəlidir.
Demirik ki, bunu qəbul etmirik. Qəbul edirik. Amma ac Rusiya elə bil kolbasanı torpağa dəyişib – bu cəmiyyət deyir ki, mənə su vermə, çörək vermə, amma torpaq ver…
Nəyinə lazım idi bu ölkənin Krım? Kimsə deyə bilər ki, Krım onların olub və rus əsgərləri bu torpaq uğrunda qan töküb.
Qəbul edirəm. Hamısını qəbul edirəm. Amma dünyada nə qədər mübahisəli ərazi olub! İndi neyləyək? Onların hamsını alıb Rusiyaya verəkmi? Ukraynanı diqqətlə nəzərdən keçirsən, görərsən ki, onun böyük hissəsi bir vaxt Polşaya aid olub. Amma polyaklar Ukraynadan torpaq istəmir. Tarixi Almaniya torpaqlarının bir hissəsi Fransadadır. Amma Almaniya da Fransadan torpaq və ərazi istəmir. Hətta onu yada salaq ki, Avropa dövlətləri Almaniyanın birləşməsinə o şərtlə razılıq verdilər ki, Almaniya heç kimə qarşı ərazi iddiası irəli sürməyəcək…
Almaniya da heç bir yerə iddia etmir. Amma Rusiya nə etdi? Təhlükəsizliyinə təminat verdiyi ölkənin ərazisinin bir hissəsini zəbt etdi. İndi dünya ölkələri nə etsin?
Durub Rusiyanı alqışlasınlarmı? Olmayacaq. Böyük ehtimalla böhran dərinləşəcək. Ya Rusiya Putindən imtina etməlidir, ya da Putin Krımdan əlini çəkməlidir…
Amma nə Rusiya bunu edir, nə də Putin Krımdan əl çəkir. Hətta bu yaxınlarda o, Krımı Fəlsətindəki müqəddəs yerlərdən birinə bənzətmişdi…
Əslində V.Putin “baş katib” olaraq qalır. Onun əski “baş katib”lərdən fərqi ondadır ki, kilsəyə gedib dua edir. Amma ukraynalılar da rusların həm də din və etiqad-provaslav qardaşlarıdır…
Rusiya patriarxı tez-tez Putinlə görüşür. O, bu görüşlərdə ukraynalılar haqqında prezidentin qulağına nəsə pıçıldaya bilərdi. Amma patriarx da bunu etmir. Görünür, o, da siyasətlə məşğuldur…
Hüseynbala Səlimov

 

Bunu da oxuyun

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

Previous Post

“Qarabağ”ın futbolçusu klubdan niyə getdi?

Next Post

Kürd qüvvələri Mosulun bir addımlığında

Bənzər yazılar

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

Zaxarova İtaliya XİN başçısının açıqlamalarını təkzib etdi

21 İyul 2026 - 11:26

Zaxarova İtaliya xarici işlər nazirinin diplomatların qovulması ilə bağlı açıqlamalarındakı yalanları qeyd etdi. Elchi.az xəbər verir ki, İtaliya xarici işlər naziri Antonio...

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

21 İyul 2026 - 10:14

İrandan atılan raketləri və dronları ələ keçirmək üçün Küveyt və Bəhreyndə hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi bildirilib. Elchi.az xəbər verir...

Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

Merz Almaniyanın Rusiya qazından asılılığını etiraf etdi

20 İyul 2026 - 11:44

Merz Almaniyanın enerji böhranını Rusiya qazını almaqdan imtina etməsi ilə əlaqələndirdi. Elchi.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merz Rusiya qazını almaqdan...

Britaniya: Ukrayna Rusiya zərbələrinin qarşısını ala bilmir

Britaniya: Ukrayna Rusiya zərbələrinin qarşısını ala bilmir

20 İyul 2026 - 10:57

Analitik Merkuris: Ukraynanın Rusiya hücumlarına reaksiya verməyə vaxtı yox idi. Elchi.az xəbər verir ki, Ukraynanın Rusiyanın son raket hücumuna cavab verməkdə olduqca...

Next Post

Kürd qüvvələri Mosulun bir addımlığında

Kürd qüvvələri Mosulun bir addımlığında

Son xəbərlər

“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

“AliExpress” 550 milyon avro CƏRİMƏLƏNİB

21 İyul 2026 - 15:00
Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

Azərbaycanda iş vaxtını sərbəst seçmək mümkün olacaq

21 İyul 2026 - 14:45
Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

Azərbaycanda ortaaylıq əməkhaqqı artıb

21 İyul 2026 - 14:36
Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

21 İyul 2026 - 14:28
Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

21 İyul 2026 - 14:14
Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

Tramp Kanadadan gələn müəyyən mallara 50%-lik gömrük rüsumları tətbiq etdi

21 İyul 2026 - 14:00
Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

Polad Həşimovun məzar daşındakı nöqsan aradan qaldırıldı – FOTOLAR

21 İyul 2026 - 13:46
Məktəbli formaları pulsuz veriləcək?

Məktəbli formaları pulsuz veriləcək?

21 İyul 2026 - 13:30
Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

21 İyul 2026 - 13:14
“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

“Messi və Ronaldo ilə yerimi dəyişmək istərdim” – Tramp

21 İyul 2026 - 13:00
“Qarabağ”ın iştirak ərizəsi – Heyətdə dəyişiklik var

“Qarabağ”ın iştirak ərizəsi – Heyətdə dəyişiklik var

21 İyul 2026 - 12:45
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

21 İyul 2026 - 12:26
“Könüllü DOST” proqramına 20 min müraciət olub

“Könüllü DOST” proqramına 20 min müraciət olub

21 İyul 2026 - 12:15
İyul ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacaq

Sabahın hava proqnozu açıqlanıb

21 İyul 2026 - 12:08
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib

21 İyul 2026 - 11:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.