Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb.
Elchi.az xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.
“Kiyevə gedirəm. Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar”.
O bildirib ki, Ukraynanın Aİ-nin dəstəyinə ehtiyacı var: “Və onlar bu dəstəyə layiqdirlər”.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü ötən il fevralın 24-də başlayıb.
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
İndoneziyanın Qərbi Yava əyalətinin Subanq dairəsində avtobusun qəzaya uğraması sonucunda azı 10 nəfər ölüb, ondan çox adam yaralanıb. Elchi.az xəbər...