“İnter”in erməni futbolçusu Henrik Mxitaryan klubun televiziyasına müsahibəsində ölkəmizin ərasizinə qarşı təxribat nümayiş etdirib.
Elchi.az Offsideplus.az-a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu haralı olduğu ilə bağlı suala cavab verərkən şəkil çəkərək qondarma və keçmiş “dqr”i Ermənistanın bir hissəsi kimi qeyd edib.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sədri Firuz Abdulla açıqlamasında Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyən futbolçunun bu addımı ilə bağlı müvafiq orqanlara müraciət edəcəklərini açıqlayıb:
“AFFA məsələ barədə məlumatlıdır. Müvafiq prosedurların həyata keçirilməsinə başlanılıb. Zəruri hüquqi sənədlər hazırlanaraq gün ərzində UEFA və İtaliya Futbol Federasiyasına müraciətlər ünvanlanacaq”.
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq turnirdə etimadı doğruldub. Elchi.az xəbər verir ki, qitənin ən istedadlı idmançılarından sayılan...