Böyük Britaniya İsrailin “Elbit Systems” şirkəti ilə “Magni-X” mini PUA-nın tədarükünə dair müqavilə imzalayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Army Recognition” məlumat yayıb.
Məlumata görə, alış Britaniya ordusunda “Human Machine Teams” robot texnikasının inkişafı proqramı çərçivəsində həyata keçirilir. Hərbçilər 2023-cü ilin ortalarında pilotsuz təyyarələri təhvil alacaqlar. Müqavilənin dəyəri açıqlanmayıb.
Qeyd edək ki, “Magni-X” 60 dəqiqə ərzində ərazinin kəşfiyyatını təmin edən elektro-optik və infraqırmızı kameralarla təchiz edilib. Çəkisi 2 kiloqramdır.
Umerov: Əbu-Dabidəki danışıqlar məzmunlu və məhsuldar olub
Ukrayna, Rusiya və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar məzmunlu və məhsuldar olub, əsas diqqət konkret addımlara və praktiki həllərə...





















Son şərhlər