Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməyi ilə Xankəndidən daha üç xəstə Ermənistana aparılıb.
Elchi.az xəbər verir ki, bunu BQXK-nin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib.
“Bu gün üç xəstə və onları müşayiət edən iki şəxs, bir tibb bacısı Ermənistana çatdırılıb”, – o bildirib.
Amatuni qeyd edib ki, ümumilikdə Beynəlxalq Qızıl Xaç Komitəsi müvafiq müalicəyə ehtiyacı olan 19 xəstəni Qarabağdan Ermənistana daşıyıb.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...