Yanvarın 9-da Ermənistandan Qarabağa ötürülən yeganə yüksək gərginlikli xəttin 33-cü km-də qəza baş verib.
Elchi.az xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.
Bildirilib ki, qəza Gorus-Xankəndi xəttinin Laçın ərazisindən keçən hissəsində olub.
Məlumata görə, hazırda vəziyyətin bərpa edilməsi mümkün deyil. Buna görə də 10 yanvardan etibarən elektrik enerjisinin verilməsində məhdudiyyətlər tətbiq edilir.
Qarabağdakı separatçı-terrorçu qruplaşma erməni icmasına enerjiyə qənaət etməklə bağlı çağırış edib.
Bakıda avtomobil yanır, yolda tıxac yaranıb
Bakıda metronun “20 Yanvar” stansiyası yaxınlığında avtomobil yanır. Elchi.az xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb...