Quba şəhərində su borusu partlayıb, küçələri su basıb.
Elchi.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, prospektin əsas su borusu partlayıb. Nəticədə şəhərin Ə.Orucov və A.Hüseynov küçələri subasmaya məruz qalıb.
Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı yanında Fövqəladə Hallar Komissiyasından Report-a bildirilib ki, hazırda qəzanın aradan qaldırılması və borunun bərpası istiqamətində işlər həyata keçirilir.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...