Xerson rayonunun Çulanovka kəndi yaxınlığında Rusiya ordusunun xeyli canlı qüvvəsi məhv edilib.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Dekabrın 31-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri tərəfindən Xerson vilayətinin Çulanovka qəsəbəsi ərazisində düşmənin canlı qüvvə və hərbi texnikasının vurulması təsdiqlənib. Düşmənin 500-ə yaxın ölü və yaralısı var”-, məlumatda deyilib.
Yanvarın 1-də Ukrayna ordusu Xerson vilayətinin Fedorovka qəsəbəsi ərazisində rus işğalçılarının şəxsi heyətini atəşə tutub. Rus ordusunun itkiləri dəqiqləşdirilir.
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən "Factor"un sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, Ermənistan...