Rəsmi İrəvan bəyan etmişdi ki, Azərbaycanın təqdim etdiyi 5 bəndlik prinsipdə Ermənistan üçün qəbuledilməz nəysə yoxdur. Çünki həmin prinsiplər kifayət qədər ədalətlidir.
Elchi.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Ermənistan öncə əldə olunan razılaşmalardan geri çəkilir:
“Bu, ziyanlı tendensiyadır. Bu cür addımlar danışıqlar prosesinə mənfi təsrir göstərir”.
C.Bayramovun sözlərinə görə, Ermənistan tərəfi bir sıra danışıqlarla bağlı ictimaiyyətə məlumatlar sızdırır:
“Bu, ziyanlıdır. Belə addımlar manipulyasiya xarakteri daşıyır”.
MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Elchi.az bəyanatın mətnini təqdim edir: "Azərbaycan Respublikası Milli...