ABŞ-da şaxtalı qar fırtınası ölkə miqyasında 1 milyondan çox insanı işıqsız qoyub, 12 nəfər isə hava şəraiti ilə əlaqədar qəzalarda həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə Milli Hava Xidməti (NWS) Şimal qütbündən gələn və ölkəyə təsir edən dondurucu küləklərin həftə sonu ölkənin şərqinə təsirini davam etdirəcəyini açıqlayıb.
BBC-nin xəbərinə görə, ölkə daxilində hava şəraiti səbəbindən baş verən qəzalarda 12 nəfər ölüb.
ABŞ-da 200 milyondan çox insanın şaxtalı soyuqdan təsirlənəcəyi təxmin edilərkən, soyuğun Kanada sərhədindən Meksika sərhədinə qədər təsirli ola biləcəyi qeyd edildi.
Bildirilib ki, Montana, Cənubi Dakota və Vayominq ştatlarında fırtına səbəbindən havanın temperaturu mənfi 45 dərəcəyə düşüb.
Nyu York, Virciniya, Kentukki, Corciya, Şimali Karolina və Oklahoma da daxil olmaqla bir sıra ştatlarda fövqəladə vəziyyət elan olunsa da, ABŞ prezidenti Co Bayden vətəndaşları xəbərdarlıqlara qulaq asmağa çağırıb.
Uçuş izləmə saytı FlightAware bildirdi ki, ilin ən sıx səyahət vaxtlarından biri olan Milad bayramı öncəsi 8000-dən çox uçuş ləğv edilib və 25000-dən çox uçuş gecikib.
Şayəstə






















Son şərhlər