Ermənistan Müdafiə Nazirliyi 11 milyard dram (təxminən 28 milyon dollar) məbləğində əlavə vəsait alacaq.
Elchi.az xəbər verir ki, bu barədə qərar dekabrın 22-də hökumətin iclasında qəbul edilib.
Qeyd edilir ki, vəsaitlər “Hərbi ehtiyacların ödənilməsi” bölməsinin “Digər xərclər” maddəsi üzrə veriləcək.
Xatırladaq ki, Ermənistanın 2022-ci il üçün müdafiə büdcəsi təxminən 945 milyon dollar nəzərdə tutulub və il ərzində bir neçə dəfə artırılıb.
2023-cü il üçün bu, 506 milyard dram (təxminən 1 milyard 280 milyon dollar) və ya 2022-ci il üçün plandan 35% yüksək olaraq müəyyən edilib.