Avropa İttifaqı Komissiyası və mərkəzi ofisi ABŞ-da yerləşən Amazon e-ticarət şirkəti arasında məlumatların istifadəsi və satıcılara bərabər münasibətlə bağlı rəqabət araşdırmalarında razılıq əldə olunub.
Elchi.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası Amazon-a qarşı rəqabət araşdırmalarının bağlandığını və şirkətin qanuni öhdəliklər götürdüyünü açıqladı.
Açıqlamaya görə, o, məlumatların istifadəsi ilə bağlı narahatlıqları aradan qaldıraraq, Amazonun öz bazarında müstəqil satıcıların fəaliyyətləri ilə əlaqəli və ya onlardan əldə edilən gizli məlumatlardan istifadə etməyəcəyinə söz verib.
Amazon; Bütün satıcılara bərabər davranma və bu sahədə ikinci bir təklif göstərmə öhdəliyini vurğulayan açıqlamada platformada “indi al və səbətə əlavə et” düyməsi kimi tanınan “Al Qutusu” seçimində, Amazon satıcılara öz xidmətləri yerinə başqa çatdırılma şirkətlərini seçməyə icazə verəcək.
Açıqlamaya görə, Aİ Komissiyası qeyd olunan öhdəlikləri pozarsa, Amazon-un ümumi dövriyyəsinin 10 faizinə qədər cərimə tətbiq edə bilər.
2020-ci ildə Aİ Amazon-u öz pərakəndə satışlarından faydalanmaq üçün platformasında müstəqil satıcıların həssas məlumatlarından istifadə etməkdə ittiham etdi.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətləri öz sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir. Komissiya sözügedən araşdırmalarda rəqabətə zidd vəziyyətin olub-olmamasını qiymətləndirir. Rəqabətə zərər verən hallar aşkar olunarsa, Aİ Komissiyası bu vəziyyətə son qoyur və şirkətlərə yüksək cərimələr tətbiq edir.
Şayəstə