Dünya 6-cı kütləvi qırılma ilə üz-üzədir.
Elchi.az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq ediblər ki, bu əsrin sonuna qədər yer üzündəki bütün bitki və heyvan növlərinin 27 faizi yox olacaq.
Bunun ən böyük səbəbi iqlim dəyişikliyi və həddindən artıq istehlakdır.
Qlobal istiləşmə, həddindən artıq istehlak, kənd təsərrüfatı torpaqlarından sui-istifadə, çirklənmə və bioloji işğal…
Bütün bunlar qlobal biomüxtəlifliyi təhdid edir.
Bioloji müxtəlifliyin azalması növlərin nəsli kəsilməsini sürətləndirir.
Avstraliya və Avropa alimləri; “Növün 6-cı kütləvi yoxa çıxması mərhələsi artıq başlayıb”.
2050-ci ilə qədər dünyadakı bütün bitki və heyvanların 10 faizinin, 2100-cü ildə isə 27-nin nəsli kəsiləcəyi bildirilir.
Şayəstə