10:55
Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.
Elchi.az xəbər verir ki, yeraltı təkanlar dekabrın 8-də saat 10:42 radələrində qeydə alınıb.
Zəlzələ təxminən 40-45 saniyə davam edib.
Yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da əhali hiss edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
***
Zəlzələrin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçkaladan 82 km cənub-cənub qərbdə zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.
Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb
Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...