Azadlığın müdafiəçisi olduğunu iddia edən bir ölkənin prezidentinin son aylarda özünü alçaltması və İranın diplomatik obyektlərinə və diplomatlarına qarşı açıq şəkildə nifrət nitqini, zorakılığı və terror aktlarını qızışdırmağa çalışan marionetlə görüşməsi təəccüblüdür.
Elchi.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fransa Prezidenti Emmanuel Makronun bir qrup iranlı müxalif qadınla görüşməsilə bağlı açıqlamasında deyib.
“Makronun bu cür şəxslərin başında olduğu qondarma inqilaba dəstək açıqlaması kədərli və utancvericidir və bu açıqlamaları şiddətlə qınayırıq. Bu görüş Fransanın terror və şiddətlə mübarizə sahəsindəki beynəlxalq məsuliyyətlərinə ziddir”, – Kənani bildirib.
Blinken İsraildə etirazçılarla danışıb
JP: Blinken İsraildəki etirazçılara girovların tezliklə azad ediləcəyinə söz verib. Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken qaldığı oteldən...