Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.
Bu barədə Elchi.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.
Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı
Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...