Bakıda qadın evinə qonaq getdiyi kişini bıçaqlayıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 2-si saat 2 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Yelena İvanovna Bukitayeva evinə qonaq getdiyi tanışı, 1973-cü il təvəllüdlü Xəzər Rafi oğlu Hacıyev ilə mübahisə edib. Nəticədə o, X.Hacıyevin qarın nahiyəsindən bir dəfə bıçaq zərbəsi endirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Y.Bukitayeva isə şübhəli şəxs qismində saxlanılıb.
Qəbələdə ərazini su basdı, 2 nəfər köməksiz qaldı – Video
Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazi subasmaya məruz qalıb. Elchi.az xəbər verir ki, bu barədə FHN-nin Mətbuat Xidməti...