ABŞ NATO-nun Avropadakı bazalarına təkmilləşdirilmiş B61-12 taktiki bombalarının yerləşdirilməsini sürətləndirməyə qərar verib.
Elchi.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti məlumat yayıb.
Məlumata görə, NATO-nun Brüsseldə keçirilən qapalı iclasında ABŞ rəsmiləri bombaların planlaşdırılan vaxtdan tez, yəni dekabrda çatdırılacağını bildirib. Ancaq ilkin plana görə, onların 2023-cü ilin yazında Avropaya yerləşdirilməsi nəzərdə tutulurdu.
Pentaqonun sözçüsü Patrik Rayder məsələ ilə bağlı nəşrə ABŞ-ın nüvə arsenalı məsələsini ətraflı müzakirə etmək niyyətində olmadığını bildirib:
“B61 proqramı çərçivəsində modernləşdirmə uzun illərdir ki, davam edir və köhnə silahlar daha müasir silahlarla əvəzlənir”.
Pentaqon hərbçiləri prosesin sürətləndirilməsinin Ukraynadakı hadisələrlə heç bir əlaqəsi olmadığını bildirib.
Çin 10 ildə Tacikistan iqtisadiyyatına 3,8 milyard dollar sərmayə qoyub
Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub. Elchi.az xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli...