"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Neft ucuzlaşacaq, yoxsa bahalaşacaq?

05 Dekabr 2014 - 18:43
in İQTİSADİYYAT
FacebookVatsap

img1677727Samir Əliyev: “Tarif Şurası nəinki benzinin qiymətinin bahalaşması, əksinə ucuzlaşması barədə fikirləşməlidir”

Bunu da oxuyun

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

Qızıl və gümüş bahalaşdı

Azərbaycan neftinin son ticarət qiyməti 107 dollara yaxın olub

Dünya bazarında neftin qiymətinin ucuzlaşması kritik həddə çatıb. APA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar azalaraq 1 barelə görə 66,46 dollar olub. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar ucuzlaşaraq 69,25 dollar təşkil edib.
Bəs iqtisadçı ekspertlər benzinin qiymətində hansı istiqamətdə dəyişikliklərin olacağını proqnozlaşdırır? Yuxarıda iddia olunan qiymət artımı gerçəkləşə bilərmi?
İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, benzinin indiki halda bahalaşmasına heç bir iqtisadi əsas görmür: “Azərbaycanda iki kateqoriya benzin  var: Aİ 95 və Aİ 98 markalı. Prosesi analiz edəndə nəticələr göstərir ki, hər iki növ benzinin qiyməti aşağı salınmalıdır. İdxal olunan benzindən söhbət gedirsə, onun maya dəyəri əsasən neftdən asılı olduğuna görə neftin qiyməti ilə formalaşır. Neft bahalaşanda bir qayda olaraq benzinin də bahalaşmasını biz müşahidə edirik və ya əksinə neft ucuzlaşanda benzinin ucuzlaşmasını müşahidə edirik”.
Ekspertin sözlərinə görə, artıq dünya bazarında neftin ucuzlaşması bir çox ölkələrdə, Amerikada, Avropa ölkələrində benzin də ucuzlaşıb: “Məsələn, Gürcüstanda Aİ 95 markalı benzinin qiyməti Azərbaycanla müqayisədə ucuzdur. Avropa ölkələrində bir qədər bahadır, bunun da səbəbi həmin ölkələrdə əhalinin yaşayış səviyyəsinin yüksək olmasıdır. İdxal olunan Aİ 95, Aİ 98 benzini ucuzlaşdığına görə, Azərbaycanda da onun ucuzlaşmasına ehtiyac var.
İkinci bir məsələ isə ölkə daxilində istehsal olunan benzindir. Bu dövlət tərəfindən tənzimlənir və qiyməti də ona uyğun müəyyən edilir. Xatırlayırsınızsa, ötən ilin dekabr ayında benzinin qiyməti  bahalaşdı. Əsas kimi də o gətirildi ki, benzinin maya dəyərində oturan aksiz vergisi artırılıb. Sonra isə, fevral ayında aksiz vergisi aşağı salındı. Məsələ burasındadır ki, aksiz vergisi əvvəlki səviyyədən də aşağı salındı, ancaq benzinin qiyməti ucuzlaşmadı. Ancaq belə halda avtomatik olaraq benzinin qiyməti aşağı salınmalı idi. Belə çıxır ki, hökumət aksiz vergisini azaltmaqla Dövlət Neft Şirkətinin gəlirlərinin artmasına xidmət edir”.
Samir Əliyev onu da dedi ki, neftin ucuzlaşmasından itirilən gəliri kompensasiya etmək məqsədilə yanacağın bahalaşması taktikasına ilk olaraq  Rusiya hökuməti əl atıb: “Yaranan iqtisadi böhran fonunda hökumət büdcəni doldurmaq üçün benzini bahalaşdırır. Ancaq Azərbaycanda hələ ki, belə bir kritik durum yoxdur. Həmçinin Azərbaycanda benzinin bahalaşmasının büdcəyə birbaşa təsiri  yoxdur. Burada SOCAR-ın gəlirləri artacaq. Bu şirkətin də dövlət qarşısında öhdəliyi var. Neftin, benzinin qiymətindən asılı olmayaraq hər il SOCAR-dan müəyyən miqdarda vəsait dövlət büdcəsinə köçürülür. Ona görə, hesab edirəm ki, Tarif Şurası nəinki benzinin qiymətinin bahalaşması, əksinə ucuzlaşması barədə fikirləşməlidir”.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Vahid Əhmədov da qeyd etdi ki, neftin ucuzlaşması ilə benzinin də qiyməti azalmalıdır: “Benzinin əsas xammalı neft olduğu üçün, neftin qiyməti ucuzlaşdığı təqdirdə benzinin də ucuzlaşması gözlənilir. Diqqət yetirirsinizsə, Gürcüstanda, Türkiyədə və digər ölkələrdə benzinin qiyməti aşağı düşüb. Biz də benzini xaricdən idxal etdiyimiz üçün qiymət nisbətən aşağı salınmalıdır. Bu birbaşa Tarif Şurasının birbaşa ixtiyarında olan məsələdir. Benzinin qiyməti tənzimlənən qiymətlər siyahısına daxildir. Ona görə də, benzinin qiymətində müəyyən dəyişiklik olmalıdır. Ucuzlaşma mütləq olmalıdır. Çünki, neftin ucuzlaşması prosesi davam edir və bizim proqnozlarımıza görə, bu gələn ilin birinci yarısına qədər davam edə bilər. Tarif Şurası bu barədə qərar verməlidir”.
Tarif  Şurasının mətbuat katibi Abbas Əliyev isə “Üç nöqtə” qəzetinə açıqlamasında  qeyd edib ki, Tarif Şurasında bu məslə müzakirə olunmur : “Yalnız Azərbaycanda istehsal olunan yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Lakin yerli istehsal olan yanacağın da qiymətinin aşağı salınması hazırda Tarif Şurasında müzakirə olunmur”.
Dünyada yanacağın qiymətinin düşdüyü halda, Tarif Şurasında belə bir müzakirənin getməməsini isə Abbas Əliyev belə əsaslandırıb: “Yanacağın qiymətinin tənzimlənməsində təkcə neftin dünyadakı qiyməti əsas götürülmür.
İdxal olunan “Aİ-95 premium” benzininə gəlincə, bu növ yanacağın qiymətini Tarif Şurası müəyyənləşdirmir. Onun qiyməti bazar tərəfindən tənzimlənir”.
Previous Post

“Bu, çeçen xalqının müqəddəs müharibəsinin başlanma siqnalıdır” – Rusiyalı ekspert

Next Post

İran geri çəkilməyəcək

Bənzər yazılar

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

05 Noyabr 2026 - 11:40

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15...

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

05 Noyabr 2026 - 09:58

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. Elchi.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.53% artaraq 4.135...

Azərbaycan neftinin son ticarət qiyməti 107 dollara yaxın olub

Azərbaycan neftinin son ticarət qiyməti 107 dollara yaxın olub

05 Noyabr 2026 - 09:44

Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 107 dollardan aşağı düşüb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

05 Noyabr 2026 - 09:37

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, noyabrın 5-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Next Post

İran geri çəkilməyəcək

İran geri çəkilməyəcək

Son xəbərlər

Şuşa – qəhrəmanlığın rəmzi

Şuşa – qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 - 12:26
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

05 Noyabr 2026 - 11:40
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

05 Noyabr 2026 - 11:25
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

05 Noyabr 2026 - 11:14
DSMF-nin gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub

DSMF-nin gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub

05 Noyabr 2026 - 11:00
Gələn il üçün ehtiyac meyarı məlum olub

Gələn il üçün ehtiyac meyarı məlum olub

05 Noyabr 2026 - 10:57
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

05 Noyabr 2026 - 10:49
ABŞ-da daha bir helikopter qəzası: Ölən və yaralananlar var

ABŞ-da daha bir helikopter qəzası: Ölən və yaralananlar var

05 Noyabr 2026 - 10:39
Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

05 Noyabr 2026 - 10:37
Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

05 Noyabr 2026 - 10:30
NASA-nın “Swift” Rəsədxanası Yerə doğru düşür

NASA-nın “Swift” Rəsədxanası Yerə doğru düşür

05 Noyabr 2026 - 10:29
ABŞ-da helikopter dənizə düşdü: 1 ölü, 2 yaralı

ABŞ-da helikopter dənizə düşdü: 1 ölü, 2 yaralı

05 Noyabr 2026 - 10:15
Təhsil müəssisələrində Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq

Təhsil müəssisələrində Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq

05 Noyabr 2026 - 10:06
Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

05 Noyabr 2026 - 09:58
Azərbaycan neftinin son ticarət qiyməti 107 dollara yaxın olub

Azərbaycan neftinin son ticarət qiyməti 107 dollara yaxın olub

05 Noyabr 2026 - 09:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.