“İki oğlan uşağının dalaşması normaldır. Ancaq üç oğlan uşağından birinin kameramanlıq edib digərinin isə üçüncü uşağı heç bir müqavimət görmədən döyməsi həmin məktəbdə çox ciddi problemlərin, o cümlədən döyülən uşağın üzərində öncədən psixoloji və fiziki basqının olmasının göstərir”.
Elchi.az bildirir ki, bu fikirləri “AzNews.az” xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı 112 saylı orta məktəbdə şagirdlər arasında baş verən mübahisə ilə bağlı FB hesabında qeyd edib:
“Həmin məktəbin rəhbərliyi TN tərəfindən dərhal işdən azad olunmalı, hüquq-mühafizə orqanları təhqiqata başlayaraq vəzifə səhlənkarlığını araşdırmalıdır. Həmin məktəb haqqında bir sıra KİV-də qanunsuzluqlar olması barədə məlumatlar yayılıb. O məlumatlar da araşdırılmalıdır”.
Hadisəni törədən uşaqlar dərhal məktəbdən kənarlaşdırılmalı, zərərçəkən uşaq və ailəsi həm TN, həm İcra hakimiyyətinin müvafiq komissiyası, həm də Ailə komitəsi tərəfindən nəzarətə götürülməli, psixoloji dəstək almalıdır.
Ortada yetkinlik yaşına çatmayanlar tərəfindən, ancaq qrup halında törədilən xuliqanlıq hərəkətləri var. Hüquq mühafizə orqanları dərhal cinayət işi açmalı, yetkinlik yaşına çatmayanların işinə baxılması qaydalarına əsasən təhqiqat aparılmalı, iş məhkəməyə təqdim olunmalıdır. CM-ə görə, həbs olunmayacaqlar, ancaq digər müvafiq tədbirlər görüləcək məhkəmənin qərarı ilə.
Hadisənin baş verdiyi məktəbin açıqlaması olayı malalamaqdan başqa bir şey deyil, ancaq uşaqların videosunu yaymaq olmaz!”.
Şayəstə