Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 819 338 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 807 698 nəfər müalicə olunaraq sağalıb, 9 884 nəfər vəfat edib, aktiv xəstə sayı 1 756 nəfərdir.
Ölkədə son sutka ərzində 3 311, hazırkı dövrədək isə 7 213 045 test aparılıb.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...