Bir neçə gün əvvəl Bakıda yerləşən “Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verən şəxslərin saxlanıldığı açıqlanıb.
Elchi.az Azxeber.com-a istinadən xəbər verir ki, bu gün bir araya gələn valideynlər övladlarına işgəncə verən şəxslərə ən ağır cəzanın verilməsini istəyiblər.
Qeyd edək ki, aparılan araşdırmalar nəticəsində reabilitasiya mərkəzinin sahibəsi Nuranə Hacızadə saxlanılıb. Onunla yanaşı görüntülərdə uşağa işgəncə verən Aytac Kazımlı və Səbinə Əliyarbəyli də saxlanılıblar.
Bakı məktəbindən nümunəvi addım
30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...