Genişmiqyaslı müharibə başlayandan bəri Rusiya Ukraynadan 7000-dən çox uşağı deportasiya edib. İndiyədək yalnız 51 azyaşlı geri qaytarılıb.
Bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets məlumat verib.
“Rusiya uşaqlarımızın bizə qayıtmaması üçün hər şeyi edir, onlar hətta övladlığa götürmə ilə bağlı qanunvericiliklərini sadələşdiriblər”, – Lubinets bildirib.
Lubinetsin sözlərinə görə, Ukrayna uşaqların qaytarılması üzərində işləyir, lakin proses hələlik ləng gedir.
Netanyahudan Rəfahdakı hərbi əməliyyatla bağlı sərt açıqlama
Netanyahu: İsrail HƏMAS ilə razılaşmadan asılı olmayaraq Rəfaha daxil olacaq. Elchi.az xəbər verir ki, İsrail atəşkəs və girovların azad edilməsi ilə...