Rusiyanın “Şimal axını”nı dayandırmaq qərarı sinizmdir.
Bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer deyib.
“Bu, onun (Qazprom – red.) təchizatçı kimi etibarsızlığının növbəti təsdiqidir. Bu, həm də Rusiyanın sinizminin sübutudur, çünki müqavilələri yerinə yetirmək əvəzinə qaz yandırmağa üstünlük verir”, – deyə o bildirib.
Xatırladaq ki, “Qazprom” “Şimal axını” ilə tədarükü tamamilə dayandırdığını açıqlayıb. Bundan öncə isə onun Finlandiya ilə sərhəddə hər gün təxminən 4,34 milyon kubmetr qazı (təxminən 10 milyon dollar dəyərində) yandırdığı üzə çıxmışdı.
İlham Əliyev dini rəhbərləri qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...