Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlunun 300 milyon qrivnadan çox pulu Ukrayna Silahlı Qüvvələrinin hesabına köçürülüb.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Söhbət Ümumukrayna İnkişaf Bankının 2011-ci ildən bəri səhmlərinin sahibi, keçmiş prezidentin böyük oğlu Aleksandr Yanukoviçdən gedir. Pulun qanuni mənşəyi olmadığı üçün bank işçiləri maliyyə əməliyyatlarının köməyi ilə cinayət yolu ilə əldə edilmiş gəlirləri leqallaşdırıblar. İndi məhkəmə bu vəsaitin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə göndərilməsi barədə qərar çıxarıb. Hazırda Ukraynanın müdafiə qüvvələrinin hesabına 304 milyon qrivna daxil olub”, – məlumatda bildirilib.
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir
İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...





















Son şərhlər