“Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının II turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.
Budapeşt təmsilçisi Bakıda “Qarabağ”a qarşı oynayacağı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçı ilə bağlı bu addımı atıb.
Yolun uzaq olmasını və görüşün önəmini nəzərə alan paytaxt klubu yerli futbol liqasına müraciət edərək, çempionat matçının başqa vaxta keçirilməsini xahiş edib. Liqa rəhbərliyi komandanın istəyinə müsbət cavab verib.
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək “Qarabağ” – “Ferentsvaroş” görüşü saat 20:00-da başlayacaq.
Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq
Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Marsel şəhərində olimpiya məşəlini yandıracaq. Elchi.az xəbər verir ki, bu barədə "Lequipe" nəşri məlumat...