İyulun 7-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
ABŞ-dan Səudiyyə Ərəbistanına: İsraillə normallaşmadan əvvəl…
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Britaniyanın “Financial Times” qəzetinə verdiyi müsahibədə Səudiyyə Ərəbistanı ilə İsrail arasında normallaşma razılaşması olmadığı...