Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edib.
Prezident Nikolas Maduro Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Azərbaycan paytaxtının mənzərəsini seyr edən Venesuela Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
BMT İsraili gərginliyi dayandırmağa çağırıb
Quterreş İsraili Rəfahdakı gərginliyi dayandırmağa çağırıb. Elchi.az xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş İsrail hökumətini Rəfah əməliyyatını dayandırmağa və...