Ukraynanın Rusiyanın hücumuna qarşı tab gətirə bilmək üçün NATO ölkələrindən daha çox ağır silahlar almalıdır.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq Alyansın 7 ölkəsi ilə keçirilən iclasdan sonra deyib.
“Ukrayna daha çox ağır silahlar almalıdır. NATO müttəfiqləri və tərəfdaşları bu cür silahlar veriblər və bu səyləri gücləndirirlər. İyunun 15-də NATO-nun mənzil-qərargahında Ukraynaya dəstək üzrə təmas qrupu çərçivəsində görüş keçiriləcək. Bu qrup NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynaya müxtəlif növ silah və hərbi texnika, o cümlədən ağır silahlarla təmin edilməsində səylərini koordinasiya etmək üçün mütəmadi olaraq toplaşır”, – deyə Stoltenberq bildirib.
O xatırladıb ki, NATO müttəfiqləri uzun illərdir Ukraynaya dəstək verir. Baş katib müharibənin necə bitəcəyi haqqında proqnoz verməyin çətin olacağını deyib.
Zelenski Norveçin Baş naziri ilə telefon danışığı aparıb
Prezident Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qar Styöre ilə telefon danışığı keçirib, müzakirə olunan əsas mövzulardan biri Ukraynanın hərbi...





















Son şərhlər