"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

ŞOK – İŞİD Moskvada: onlarla ölü…

06 Noyabr 2014 - 22:14
in MANŞET
FacebookVatsap

Rusiyanın Moskva vilayətində bir ilə yaxındır şose yollarda gecələr tələ qurub sürücüləri və onların70978_res_01 sərnişinlərini heç bir səbəb olmadan güllələyən qorxulu quldur dəstəsi nəhayət ki, ələ keçib.

Bunu da oxuyun

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Virtualaz.org saytı xəbər verir ki, bir ilə yaxındır sürücüləri qorxu və dəhşət içində saxlayan seriya qatillərin yaxalanması zamanı atışma olub, qruplaşma rəhbərlərindən biri öldürülüb.

“LifeNews” kanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, xüsusi əməliyyat noyabrın 6-na keçən gecə Moskva ətrafındakı Ramensk rayonunda keçirilib.

Əməliyyat zamanı Udelnaya qəsəbəsində quldur dəstəsinin gizləndiyi şəxsi ev darmadağın edilib. Banda üzvlərindən biri xüsusi təyinatlı SOBR dəstəsinin döyüşçülərinə tərəf qumbara atıb, xüsusi təyinatlılar cavab atəşi ilə onu öldürüb.

Atışma zamanı evdə yanğın başlayıb və kottec tipli ev yanıb. Evin qalıqları arasında gizli silah anbarı aşkarlanıb, orada 60-dan çox avtomat silah, minlərlə patron olduğu bildirilir.

Eyni vaxtda Moskvanın Dmitrovsk şosesində xüsusi təyinatlılar banda üzvlərinin qalan hissəsini yaxalamaq üçün əməliyyat keçirib. Bu əməliyyatda 14 nəfər saxlanılıb. Onlardan iki “AKS” avtomatı və 100-dən çox patron götürülüb. Məlumatda deyilir ki, banda üzvlərindən ikisi qadındır.

Həmçinin banda üzvlərinin kirayə qaldıqları evlərdə axtarış aparılıb və həmin ünvanlardan da silah-sursat götürülüb. Ümumlikdə əməliyyatın gedişində 100-dən çox silahın ələ keçirildiyi bildirilir.

Qeyd edək ki, yolda üzərində üçbucaqlı iti çıxıntılar olan lövhələr yerləşdirməklə maşınların təkərlərini deşən qatillər öz qurbanlarını bu yolla tələyə salırdılar. Gecə vaxtı şose yolda hərəkət edən maşınların təkərləri qəfildən deşiləndən sonra sürücülər maşını saxlayır və təkəri dəyişməyə cəhd edəndə pusqudan çıxan manyaklar onları heç nə demədən güllələyirdi.

Bu seriya qatillər barədə mətbuat ilk dəfə bu ilin avqustunda yazıb. Lakin dəstənin ötən ilin sentyabrından fəaliyyət göstərdiyi ehtimal olunur.

Mətbuat manyak dəstəsinin eyni dəsti-xətt üzrə törətdiyi bir neçə cinayət əməli haqda yazıb. Məsələn, mayın 3-də Moskva ətrafındakı Don şosesinin 84-cü kilometrliyində yük maşınının sürücüsü yolun kənarında qəza siqnalını yandıraraq dayanmış “KİA Ceed” avtomobilini görüb. Məlum olub ki, maşının yanında onun sürücüsünün – 64 yaşlı Moskva sakini Anatoli Lebedevin və arvadı, 62 yaşlı Tatyananın cəsədləri var. Hər iki şəxsin güllələndiyi məlum olub.

Araşdırma zamanı bəlli olub ki, cinayətkarlar yola üzərinə üçbucaqlı iti çıxıntı (mıxça) bərkidilmiş lövhə qoyublar və avtomobil bu lövhənin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün avtomobildən düşüb domkratı yerləşdirmək istəyəndə manyaklar iki tapança ilə onu və arvadını güllələyiblər. Maşında mobil telefonlar, videotexnika, planşet və pul olsa da cinayətkarlar onların heç birinə toxunmayıb.

Təxminən iki ay sonra yenə də həmin trasda eyni ssenari ilə daha bir qətl hadisəsi törədilib. Bu dəfə cinayətkarlar yolun 45-ci kilometrliyində tələ qurublar. Tula vilayətinin sakini, 53 yaşlı Aleksey Tsıqanovun “Chevrolet Cruize” avtomobili tələnin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün maşından düşəndə güllələnib. Soyğun izlərinə rast gəlinməyib.

Bundan bir gün əvvəl – avqustun 19-da isə Moskva dairəvi beton yolunun Fominsk kəndi yaxınlığından keçən hissəsində 31 yaşlı moskvalı, Moiseyev adına rəqs ansamblının keçmiş rəqqası Albert Yusupov eyni ssenari ilə öldürülüb. Bildirilir ki, istirahət günü Yusupov Luxovitsk rayonundakı bağ evinə gedib. Gecə saat 2-də geri qayıdanda yolda dostuna zəng edib və maşınının təkərinin buraxdığını deyib. Daha sonra onunla əlaqə kəsilib.

Məlum olub ki, Yusupovun “Opel” markalı avtomobili də üstündə üçbucaqlı iti çıxıntılar bərkidilmiş lövhənin üstündən keçəndə təkəri deşilib. Sürücü təkəri dəyişmək üçün düşəndə güllələnib. Cinayətkar Yusupova arxadan üç dəfə atəş açıb, daha sonra başından yoxlama atəşi açaraq öldürüblər. Avtomobildən heç nə oğurlanmayıb…

Dəstənin onlarla bu cür qətl həyata keçirdiyi ehtimal edilir. Hüquq-mühafizə orqanları qatillərin izinə düşmək üçün aylarla axtarışlar aparsa da nəticə əldə edə bilmirdi. Nəhayət, dəstənin izinə düşmək mümkün olub. Heç bir səbəb olmadan və soyğunçuluq məqsədi daşımadan sürücüləri öldürməklə məşğul olan bu bandanın hərəkətləri “Grand Theft Auto” adlı kompüter oyununun süjetini xatırlatdığı üçün ona “GTA bandası” adı qoyublar.

Hələlik “GTA bandası”nın liderlərinin və saxlanılan üzvlərinin adları açıqlanmır. Lakin hüquq-mühafizə orqanlarından bildiriblər ki, banda üzvləri yolda pusqu qurub sürücüləri öldürməklə yanaşı İŞİD üçün tərəfdarların “verbovka” edilməsi və onlara silahlı təlim keçilməsi ilə də məşğul olublar.

Müstəntiqlər istisna etmirlər ki, yolda pusqu qurub sürücülərin öldürülməsi də məhz gələcək İŞİD döyüşçüləri üçün məşq olub.

Mənbələr bildiriblər ki, banda üzvlərindən bir neçəsinin yaxın günlərdə Suriyaya getməyə hazırlaşdığı da müəyyən edilib. Bandanın rəhbərlərinin “olduqca radikal baxışlara malik olduğu” bildirilir.

Əməliyyatın keçirildiyi Udelnaya qəsəbəsinin sakinləri deyiblər ki, banda üzvlərinin qaldığı həmin kottecin hündür hasarı olub və onun sakinləri qapalı həyat tərzi keçiriblər. Qonşular onların “deyəsən, Asiya əsilli olduqlarını” bildiriblər. Hüquq-mühafizə orqanları isə hələlik rəsmi açıqlama vermirlər.

 

Previous Post

Hansı məhsullarda bahalaşma olub? – SİYAHI

Next Post

Obama “İŞİD” qruplaşması ilə mübarizəni müzakirə etmək üçün İranın ali dini liderinə məktub ünvanlayıb

Bənzər yazılar

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30

“Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə böyük siyasi gücə çevrilib, dünya miqyasında böyük...

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

Doğma yurda qayıdışın yaratdığı xoşbəxtlik

08 Noyabr 2026 - 14:21

Qələbə azadlıq kimidir, verilmir, alınır, qazanılır. Azərbaycan xalqı olaraq Qarabağ zəfərini mübaliğəsiz Prezident İlham Əliyev xalqımıza yaşatdı. Ağrılı-acılı işğal günlərində...

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib

08 Noyabr 2026 - 13:30

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifin Zəfər Günü ilə bağlı təbrikinə görə Pakistan liderinə təşəkkür edib. Elchi.az...

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

08 Noyabr 2026 - 12:22

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edir. Elchi.az xəbər verir ki, müraciəti dövlət...

Next Post

Obama “İŞİD” qruplaşması ilə mübarizəni müzakirə etmək üçün İranın ali dini liderinə məktub ünvanlayıb

Obama İranın ali dini liderinə məktubunda nədən yazıb?

Son xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Azərbaycanda Dövlət Bayrağı Günüdür

09 Noyabr 2026 - 00:00
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb – FOTO

08 Noyabr 2026 - 21:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

08 Noyabr 2026 - 21:00
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib – FOTO

08 Noyabr 2026 - 20:53
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08 Noyabr 2026 - 20:27
İlham Əliyev COP31-də iştirak edəcək

İlham Əliyev COP31-də iştirak edəcək

08 Noyabr 2026 - 20:00
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər

08 Noyabr 2026 - 19:52
Türkiyə Ağdamda yeni məktəb inşa edir

Türkiyə Ağdamda yeni məktəb inşa edir

08 Noyabr 2026 - 19:43
Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

Türkiyə-Azərbaycan birliyi əbədi olacaq – İlham Əliyev

08 Noyabr 2026 - 19:30
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur

08 Noyabr 2026 - 19:18
Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi – Prezident

08 Noyabr 2026 - 19:09
XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

XƏBƏRDARLIQ: Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

08 Noyabr 2026 - 19:00
FHN-in kollektivi Zəfər Parkını ziyarət edib – FOTO

FHN-in kollektivi Zəfər Parkını ziyarət edib – FOTO

08 Noyabr 2026 - 18:52
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər – FOTO – VİDEO – YENİLƏNİB

08 Noyabr 2026 - 18:48
Birinci xanımlar çay masasında söhbətləşdi

Birinci xanımlar çay masasında söhbətləşdi

08 Noyabr 2026 - 18:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.