Lotu Quli ləqəbli “qanuni oğru” Nadir Səlifov Türkiyədən Qətərə köçüb.
Lent.az bildirir ki, bu barədə Rusiyanın ura.ru saytı yazıb. Məlumata görə, Lotu Quli Qətərdə yaşamaq icazəsi alıb və mühafizəylə təmin edilib.Kriminal dairələrdə Qulinin Qətərə üz tutmasının onun “qanuni oğru”ların “sxodka”sından qaçmasıyla əlaqələndirirlər. Deyilənə görə, o, tez-tez telefon nömrələrini də dəyişdirərək “sxodka”ya getməkdən yayınır. Məlumata görə, elə bu təzyiqlərə görə, Quli Qətərə üz tutub.
Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə...