"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Zeytunluğu kim məhv etdirir?

23 Aprel 2019 - 15:54
in aktual-banner, Cebhe-banner, MANŞET, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

Zeytunluq boyda bir ərazidə bu ağac qətliamını Binəqədi rayon İcra Hakimiyyətinin, əlaqədar dövlət qurumlarının icazəsi, olmadan aparmaq faktiki olaraq mümkün deyil

Binəqədi rayonu ərazisində növbəti ekoloji terror yaşanır. Yaz fəsli gələr gəlməz rayonun 6-cı mikrorayon ərazisinin qərb hissəsində Zeytunluq adlanan yerdə ağacların kütləvi kəsilməsinə start verilib. Qeyd olunan ərazidə olarkən dəhşətə gəldik-təbiətə bu qədər dəhşətli dərəcədə divan tutmaq, yaşıllıqlara düşmən münasibət bəsləmək hardan qaynaqlanır görəsən? Dövlət yeni-yeni yaşıllıq zolaqları salmaq üçün milyonlarla vəsait sərf etdiyi halda illərdir qorunub saxlanılan yaşıllıqları bir andaca hansısa maraqlar naminə məhv etməyə nə ad vermək olar?

Bunu da oxuyun

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

Elchi.az saytına daxil olan məlumata görə qeyd olunan ərazidə “Azərenerji” ASC tərəfindən bir müddət əvvəl 110 kv-lıq yüksək gərginlikli yeraltı kabel xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar müvafiq işlər aparılıb. Bu barədə “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevə Bakı şəhər İH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Elşən Məmmədzadənin imzası ilə məktub da göndərilib. Həmin məktubda bildirilir ki, “Həmin ərazidən 110 kv-lıq yüksək gərginlikli yeraltı kabel xəttinin çəkilməsinin vacibliyini nəzərə alaraq ərazidə olan ağacların qorunması (zədələnməməsi) şərti ilə işin aparılmasına etiraz etmirik.”

Ərazidə olarkən bir daha şahidi olduq ki, bu məktublaşma quru rəsmiyyətdən başqa bir şey deyilmiş. Çünki, Zeytunluq adlanan ərazidə zeytunluqdan əsaər-əlamət qalmamışdı. Ərazi zeytunluqdan daha çox döyüş meydanını xatırladırdı. Çoxillik ağaclar vandalcasına məhv edilmiş, kökündən çıxarılmışdı. Bir zamanlar yaşıllıq olan ərazidə indi traktorların altını üstünə çevirdikləri quru torpaq sahəsi var. Aydın şəkildə görünür ki, ərazi əslində obyekt tikintisi üçün hazırlanıb. Rubrika.az saytının araşdırmasına görə yaxın zamanlarda burada böyük bir obyektin inşasına başlanacaq.

Təbii ki, bu “yaşıl terrorun” özbaşına,gizlin aparılmasına heç baxça uşaqlarını da inandırmaq mümkün deyil. Zeytunluq boyda bir ərazidə bu ağac qətliamını Binəqədi rayon İcra Hakimiyyətinin,əlaqədar dövlət qurumlarının icazəsi,”xeyir-duası” olmadan aparmaq faktiki olaraq mümkün deyil. Maraqlıdır ki, dövlətin maraqlarını qorumağa məsul olan bu qurumlar hansı maraqlar naminə belə bir “ekoloji terror”a göz yumublar. Onsuz da son illər ekoloji problemlərin yaşandığı paytaxt ərazisində böyük bir yaşıllıq ərazini səhraya çevirmək, hansısa şəxsin milyonlar qazanması üçün qurban vermək hansı insafa və əxlaqa sığışır? Yerində aradırma apararkən özünü Mədət adlı şəxs kimi təqdim edən aparılan işlərin ” yuxarı” səviyyədə olduğunu bildirir və “burada kabel xəttinin yalnız yerinin dəyişdirilməsindən başqa söhbət gedə bilməz” deyərək bildirdi.“Bir ağacı kəsən elə bilsin ki,mənim qollarımı kəsir” deyən ulu öndərin xatirəsinə beləmi ehtiram göstərirlər? Suallar çoxdur-cavabını isə yəqin ki,əlaqədar təşkilatlar tezliklə verəcəklər!

Elchi.az-ın etibarlı mənbələrdən aldığı məlumata görə isə bu hal artıq ərazidə ikinci dəfədir baş verir. Hələ bir neçə il bundan qabaq da kollektor tikmək adı ilə Azərsunun qondarma məktubu ilə yenə də yaşıl qətliam işi aparılmış və nəticədə isə qırılan ağacların yerinə ev tikilmişdi. Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə onda da ortalığa bu tipli qondarma məktub çıxarılmışdı. İndi də deyilənə görə buranı Baba Rzayev üçün təmizləyirlər və qırılmış ağacların yerində restoran tikiləcək. Baba Rzayevin adına deyilənlər inandırıcı görünməsə də fakt faktlığında qalır. Azərenerjinin məktubu əsasında ərazidə kifayət qədər geniş meydan yaradılıb və onlarla ağac gecələr kökündən çıxarılaraq yeri torpaqla doldurulub.

Araşdırmamız davam edəcək.

Previous Post

Avtomobillərlə bağlı rüsumlar artıq bu qaydada ödəniləcək

Next Post

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verdi

Bənzər yazılar

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

AEBA: PUA Kursk AES-in soyutma qülləsini vurub

18 Sentyabr 2026 - 23:30

Rusiyadakı Kursk atom elektrik stansiyasının (AES) fəaliyyətdə olan enerji blokunun soyutma qülləsinə sebtyabrın 17-si səhər saatlarında PUA zərbəsi endirilib. Bu...

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

Agentlik direktoru: Bəzi hallarda nəticələri yüksək olan müəllimlər çox az dərs saatı ilə təmin olunurlar

18 Sentyabr 2026 - 23:28

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov tam ştatlı müəllimlərin seçim prosesi məsələsinə aydınlıq gətirib. Elchi.az...

Next Post
Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verdi

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verdi

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verdi

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna yüksək vəzifə verdi

Son xəbərlər

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

Tarixi zəfərimizin rəmzi – Suverenlik Günu

20 Sentyabr 2026 - 13:00
Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

Lamin Yamal İspaniya La Liqasında 50 məhsuldar ötürmə ilə rekorda imza atıb

20 Sentyabr 2026 - 12:55
Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

Macarıstanın “Pakş” AES-in gücü nasazlıq səbəbindən azaldılıb

20 Sentyabr 2026 - 12:54
Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

Braziliyalı hücumçu Rafinya “Barselona”nın tarixinə düşüb

20 Sentyabr 2026 - 12:51
Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Pakistan XİN Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

20 Sentyabr 2026 - 12:49
Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

Çin şirkəti “Kinetica-1” daşıyıcı raketinin 16-cı buraxılışını başa çatdırıb

20 Sentyabr 2026 - 12:43
Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41
Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb

20 Sentyabr 2026 - 10:37
“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

“Yuventus”un qapıçısı Kamil Qrabara diz zədəsi ilə üzləşib

20 Sentyabr 2026 - 10:35
“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

“Haber Global”: Antiterror əməliyyatı ilə Azərbaycan Ordusu daha bir parlaq zəfərə imza atıb

20 Sentyabr 2026 - 10:33
Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Prezidentin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

19 Sentyabr 2026 - 18:11
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Göygölə dolu düşüb – FAKTİKİ HAVA

19 Sentyabr 2026 - 17:30
FHN DYMX növbəti “açıq qapı günü” tədbiri keçirib – VİDEO

Bakıda yaşayış binasında yanğın olub

19 Sentyabr 2026 - 16:53
Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

Danimarka Trampın Qrenlandiya ilə bağlı elan etdiyi razılaşmanı alqışlayıb

19 Sentyabr 2026 - 16:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.