Elchi.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında nazirliyin ətraf mühitin mühafizəsi departamentinin əməkdaşı Kənan Kərimli deyib.
Onun sözlərinə görə, qanunvericiliyin tələblərini pozan iaşə sahiblərinə qarşı İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcək: “Ətraf mühitə buraxılan tullantıların qarşısını almaq üçün xüsusi qurğular quraşdırmayan fiziki şəxslər 600 manatdan 25 min manata qədər, hüquqi şəxslər 20-25 min manat cərimələnəcək”.