"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ MANŞET

7 nəfəri öldürənin atası danışdı: HADİSƏNİN TƏFƏRRÜATLARI

03 Oktyabr 2014 - 12:13
in HADİSƏ MANŞET
FacebookVatsap

Bunu da oxuyun

İsmayıllıda zəlzələ olub

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

1Goranboy əhalisi oktyabrın 1-də baş verən dəhşətli qətlin şokundan hələ çıxmayıb. Rayonda kimə yaxınlaşsan, Səfikürd kəndindəki ürəkparçalayan hadisədən danışır. Qətli törədən Rafiq Hüseynovun yaşadığı evin qabağında qanlı olaydan sonra qurulan polis postu hələ götürülməyib. Onun valideynlərinin olduğu ev də polis nəzarətindədir.
Elchi.az  musavat.com-a istinadən Goranboydakı 7 nəfərin qatili olan Rafiq Hüseynovun atasının açıqlamasını təqdim edir:
Qatilin ailə üzvləri kənddən müvəqqəti olaraq çıxarılıb ki, hər hansı insident yaşanmasın. Ehtimal olunur ki, cavab olaraq Hüseynovların evi yandırıla bilər, yaxud evə hücum olar. Səfikürd kəndinin camaatı bu kütləvi qətliamı terror aktından fərqləndirmir.
Onların sözlərinə görə, ölkədə şəxsi münaqişə zəminində belə bir cinayət olmayıb. Kənd sakinləri bildirirlər ki, qatilin qumbara ataraq üç ailəni tələf etməsi, ADNA-da Fərda Qədirovun törətdiyi terror aktı ilə müqayisə oluna bilər. Çünki öldürülən 7 nəfərdən savayı, iki nəfər yaralıdır, digər iki qonşusunun isə bəxti üzünə gülüb. Deməli, 11 nəfəri qətlə yetirməyə cəhd edib. Qatilin isə hazırda Gəncə Şəhər Polis İdarəsində (ŞPİ) saxlandığı bildirilir.
Bəs onu bu qəddar addımı atmağa nə vadar edib? Niyə R.Hüseynov üç yaşlı körpəni belə öldürüb? Bu suallarımızı Səfikürd kəndində olarkən atası Müzəffər Hüseynov cavablandırdı.
M.Hüseynov “Yeni Müsavat”ın bu hadisə ilə bağlı Goranboyda ezamiyyətdə olan əməkdaşlarına deyib ki, hər şey gəlini Südabə Hüseynovanın atası evindən qayıtmaq istəmədiyinə görə baş verib. Onun dediyinə görə, oğlu ay yarım olardı ki, Südabə ilə evlənmişdi: “Evlənəndən sonra özlərinin evlərinə köçdülər. İndi zəmanə dəyişib, gəlinlər qayınana ilə bir yerdə yaşamaq istəmirlər. Biz də razılaşdıq, cavandırlar, qoy yaşasınlar. Deməli, sentyabrın 27-də Naftalana getmişdik.
Qız nəvəmin xınayaxdı mərasimi idi. Ancaq həmin gün onun qayınatasının vəfatının ili idi. Ora gedib sonradan qızımın evinə gəlmişdilər. Məclisdə çox mehriban idilər, danışıb-gülürdülər. Düzü, Rafiq içki də içmir, heç siqaret də çəkmir. Biz də Naftalandan qayıdıb, qayınanasına zəng elədik, üzrxahlıq etdik. Sonra gedib baş çəkdik, yasda ehsan süfrəsində oturduq, axşam da evə qayıtdıq. Yas mərasiminə Rafiqlə yoldaşı günorta gəlmişdilər deyə axşam gəlmədilər. Bu gəlin də elə bilin ki, birinci sinfə gəlib. Başa düşmək olar. Ata evində nəyisə öyrənməyib. Rafiqə deyirdim ki, nə bilməsə yolunu göstər, başa sal”.
Onun sözlərinə görə, qudasının il mərasimindən bir gün sonra oğlu səhər saatlarında evə gəlib: “Rafiq gəlib dedi ki, bəs Südabə evdən gedib. Evdə mübahisə ediblər, oğlum ondan ayaqqabı istəyib, gəlin də səhv gətirib. Dedim, ay bala, səhv gətiribsə, izah elə, düz gətirsin. Sonra danışdı ki, bəs gəlin əmisi oğlu ilə öpüşüb-görüşdüyünü dediyi üçün onu döyüb, başına “botinka” ilə vurub.
Deməli, bunlar nişanlı olanda Gəncəyə getmişdilər. Rafiq əvvəl gündən nişanlısına tapşırıb ki, qardaşın və bacından başqa heç kəslə öpüşüb-görüşmə, bir də mənə yalan danışma. Qızın əmisi oğlu da görüşəndə onu öpüb.
Gəlin də gizlətməyib, 1 gün sonra bunu Rafiqə deyib. Bu, Rafiqin ürəyində qalıb. Sonradan da hirslənib, başından “botinka” ilə vurub, qız da atası evinə gedib. Mən də yoldaşımı götürüb qızın atası evinə getdik. Ancaq anası dedi ki, qayıtmağa qoymayacaq. Rafiqə bunu deyəndə yanımızda evlərinə zəng eləyib qayınanasına dedi ki, qızınla başdaşın bir olacaq. Düzü, heç nə başa düşmədim, niyə bu sözü dedi”.
M.Hüseynovun sözlərinə görə, gəlin qayıtmadığı gün oğlu evdə tək qalıb: “Qardaşı və nəvəm də tək qalmasın deyə Rafiqin yanına getdilər ki, fikir eləməsin, dərdini bölüşsün. Təxminən gecə saat 1-ə qədər Rafiqin yanında olublar. Onu başa salmağa çalışıblar, yola gətirmək istəyiblər. Ondan sonra evlərinə gediblər. Gecə yarısı, oktyabrın 1-i yatmışdım. Bir də gördüm Rafiq gəlib məni qucaqlayıb öpdü. Axı hardan biləydim ki, gedib qumbara atıb, 7 nəfəri öldürüb, gəlib vidalaşmağa?! Sonra dedi ki, “ata, salamat qal, narahat olmayın, hər şey qaydasındadır”…
Bunu deyib evdən çıxdı. Tez qalxıb, üstümü dəyişib, dalınca həyətə qaçdım. Gördüm ki, qardaşı ona yalvarıb-yaxarır. Elə darvazanı açanda güllə səsi eşitdim. Demə, qorxutmaq üçün havaya atıbmış. Amma ondan əvvəl də qonşumuz Aydını çağırıb, ona da güllə atıb. Mən arxa otaqda yatmışam, heç nə eşitməmişəm. Bax, belə olub. Həyətdə qardaşına deyib ki, aralaş, özümü vuracağam. Qardaşı isə onu fikrindən daşındırıb. Sonra darvazanın yanında qardaşına dedi ki, bəs onu polis şöbəsinə aparıb təslim eləsin… Kaş özünü vuraydı, o ailəyə də, mənə də təsəlli olardı”.
Ata oğlunu bir də nə vaxtsa görəcəyinə ümidi olmadığını bildirdi: “Rafiq öz ifadəsində də deyib ki, 3 yaşlı körpəni öldürməyinə görə peşmandır. Bildirib ki, ev qaranlıq olub, uşağın olduğunu bilməyib. Özü də Rafiq həmin uşağı çox istəyirdi. O gəlin də, ailəsi də çox yaxşı insanlar idilər. Mən bu ailə haqda pis söz deyə bilmərəm.
İnsafən çox yaxşı gəlin idi. Rafiqlə də bu ay yarımda mehriban olublar. Özümüz sevinirdik ki, nə yaxşı bir-birini başa düşürlər. Təmizkar gəlin idi. Tək o yox, bütün gəlinlərim hörmətimi saxlayırdı. Mən elə kişi olmuşam ki, kimin qapısına getsəm, qızını oğluma verməkdən imtina etməyib. Haradan bilim ki, Rafiq belə iş görəcək?”.
Müsahibimiz oğlunun birinci evliliyindən də söz açdı: “Toydan sonra bizim evdə 12 gün qaldılar. Sonra başqa yerdə yaşayıblar. Qəşəng toy elədik. Amma yola getmədilər. Qızı döyməyini deyə bilmərəm.
Ancaq Bakıda kirayədə yaşayırdılar. Evin sahibi bir dəfə deyib ki, bu necə gəlindir, kartofu qoyub qazın üstünə, özü də gedib yatıb, az qala ev yansın. Bunun üstündə mübahisə oldu, ayrıldılar. Doğrusu, birinci gəlin evdən qaçmışdı. Ancaq Rafiqin ikinci evliliyi pis deyildi”.
M.Hüseynov deyir ki, oğlunda hər hansı bir xəstəlik, psixi pozğunluq olmayıb: “Oğlumun heç bir xəstəliyi olmayıb, içki düşkünü deyildi. Özü də, deyəsən, bu gəlin təzəlikcə uşağa qalıbmış. Hər şey evə qayıtmamağına görə oldu. Anası qoymadı, Rafiq də təsirlənib bu işi görüb.
Onda silah əsgərlikdən qabaq vardı. Çünki Ovçular Cəmiyyətinin üzvü idi. Amma qumbaranı hardan tapıb bilmirəm”.
Oğlunun özünə yaxşı ev tikdirdiyini bildirən M.Hüseynov Rafiqin gəlirinin də pis olmadığını dedi: “Həyətdə işləyirdi, “setka” toxuyurdu, ayaqqabı tikirdi. Sənətkar adamdı, əli qızıl idi”.
M.Hüseynov qonşusu Aydın Yusifovla arasındakı məhkəmə çəkişməsinin səbəbini də açıqladı: “Onun oğlu həyat yoldaşımı su üstündə söymüşdü. Rafiq də onu döymüşdü. Ona görə Rafiqi 5 sutkalıq içəri saldılar. O vaxt kredit götürüb, min manat verib, Rafiqi çıxardım. Ədavətimiz buna görədir. 2011-ci ildə də torpaq şöbəsinə ərizə verdik ki, Aydıngil hasarı küçənin ortasına qoyublar, gəlib söküb yerinə qoysunlar. İndi iş məhkəmə icraçılarındadır. Mənim oğlum bu iddia ilə onlara güllə atıb. Kaş özünə güllə ataydı, bizi bəlaya saldı”.
Yada salaq ki, oktyabrın 1-i, sübh saat 4:00 radələrində Rafiq Hüseynov əl qumbarası və silahla qayınatası evinə hücum edərək, 5-i qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adları bunlardır:
1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov.
Onlar qatilin həyat yoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Natiq və Namiq öldürülən gəlinin qardaşları olub.
Previous Post

7 nəfəri öldürənin atası danışdı: HADİSƏNİN TƏFƏRRÜATLARI

Next Post

Bakıda 23 yaşlı qızı vurub öldürdülər

Bənzər yazılar

İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub

12 Fevral 2026 - 19:56

İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli...

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

18 Aprel 2024 - 11:00

Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Yaponiya ictimai televiziyası...

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

20 Dekabr 2023 - 09:30

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası...

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

19 Oktyabr 2023 - 15:56

Ukraynada Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri "Telegram"da məlumat yayıb....

Next Post

Bakıda 23 yaşlı qızı vurub öldürdülər

Bakıda 23 yaşlı qızı vurub öldürdülər

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.