ABŞ dövlət katibi Mark Rubio bildirib ki, Konqresin təsdiqi olmadan prezidentin müharibə səlahiyyətlərini tənzimləyən və xaricdəki əməliyyatları 60 günə məhdudlaşdıran ABŞ qanunu konstitusiyaya ziddir.
Elchi.az xəbər verir ki, Rubio bu barədə Ağ Evdə keçirdiyi brifinqdə deyib.
“Bu, bu qanunun qəbul edildiyi gündən hər bir prezident administrasiyasının mövqeyi olub. Bu, həmişə prezidentin konstitusiya səlahiyyətlərinin pozulması kimi qiymətləndirilib”, -Rubio qeyd edib.
Rubio həmçinin bildirib ki, Konqreslə konstruktiv iş münasibətlərini dəstəkləmək üçün qanunun müəyyən müddəalarını həyata keçirir.
Yeganə





















