"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

6 nəfəri güllələyən oğlanın rəis atası işdən çıxarılmayıb?

23 Dekabr 2015 - 21:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin işdən azad olunduğu barədə yayılan xəbərlər təsdiqini tapmır.

Bunu da oxuyun

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

 

AzVision.az xəbər verir ki, idarə rəisinin köməkçisinin ans press-ə verdiyi məlumata görə, saytlarda yer alan bu xəbərlər əsassızdır.

“Hazırda Fəxrəddin müəllim iş başındadır və onun işdən azad olunması ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Saytlarda yer alan məlumatlar isə həqiqəti əks etdirmir. Yazılıb ki, guya onun yerinə artıq təyinat da olub. Bu da yalandır, Fəxrəddin Əliyevin yerinə bu saata kimi heç kim rəis təyin olunmayıb”.

Vəzifəsindən azad edildiyi deyilən Fəxrəddin Əliyev Bakıda silahlı insident törədən şəxsin atasıdır. Onun övladının bu əməlinə görə işdən çıxarıldığı iddia olunur. Hətta Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış Pərvin Əhmədovun onun yerinə təyinat aldığı da qeyd edilir.

F. Əliyev açıqlamasında oğlu Məhərrəm Əliyevin psixoloji problemlərinin olduğunu deyib:

“Hadisə ilə bağlı hazırda Bakı şəhərindəyəm. Hadisənin təfərrüatları barədə heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanları məsələni araşdırır. Oğlum Bakıda bizneslə məşğul olurdu. Onun psixoloji problemləri var”.

Qeyd edək ki, məlum hadisə dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

Xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında ad günü məclisində olublar.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub. Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Previous Post

6 nəfəri güllələyən oğlanın rəis atası işdən çıxarılmayıb?

Next Post

Gürcüstanın baş naziri istefa verdi

Bənzər yazılar

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə oktyabrın 28-də Bakının bir sıra ərazilərində təmir işləri aparılacaq....

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum...

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29

Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfirini çağırıb və sentyabrın 14-də Braşovda törədilmiş təxribatla əlaqədar ona qəti etirazını bildirib. Elchi.az...

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02

Türkiyənin Naxçıvandakı Baş konsulu Əli Sevim vəzifəsinin icrasına başlayıb. Elchi.az  xəbər verir ki, ​Türkiyənin Naxçıvandakı Baş Konsulluğuna təyin olunan Əli...

Next Post

Gürcüstanın baş naziri istefa verdi

Neftçilərin ailələrinə pul verildi - 50 min manat

Son xəbərlər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

28 Oktyabr 2026 - 12:26
DYP elektroskuter istifadəçilərinə müraciət edib

DYP elektroskuter istifadəçilərinə müraciət edib

28 Oktyabr 2026 - 12:20
Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Oktyabr 2026 - 12:13
Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

28 Oktyabr 2026 - 12:07
Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51
ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

28 Oktyabr 2026 - 11:37
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

28 Oktyabr 2026 - 11:24
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib

28 Oktyabr 2026 - 11:15
Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

28 Oktyabr 2026 - 11:09
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

28 Oktyabr 2026 - 10:57
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2026 - 10:43
Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

28 Oktyabr 2026 - 10:34
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

28 Oktyabr 2026 - 10:32
Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

28 Oktyabr 2026 - 10:23
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28 Oktyabr 2026 - 10:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.