"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ MANŞET

5 qadının müəmmalı ölümünün təfərrüatları

16 Mart 2017 - 11:02
in HADİSƏ MANŞET
FacebookVatsap

5 qadının müəmmalı ölümünün

Bunu da oxuyun

İsmayıllıda zəlzələ olub

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Tələbələrin və onların yaxın qohumlarının dəm qazından boğulduğu ehtimal edilsə də, digər versiyalar da araşdırılır; MİS rəisi: “Evə ilk biz girdik, qaz bağlı idi…”

İlaxır çərşənbə gecəsi Xırdalanda beş nəfərin ölümü ilə nəticələnən faciə baş verib. Belə ki, martın 15-i səhər saatlarında Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayə yaşayan ikisi tələbə olmaqla, beş nəfər qadının meyiti aşkar edilib. İlkin ehtimallara görə, onların dəm qazından zəhərləndiyi bildirilib. Lakin bu faktı təsdiqləməyənlər də var…

“Yeni Müsavat” qəzetinin reportyor qrupu Xırdalanda baş verən faciə ilə bağlı xəbərin alınca, qeyd olunan ünvana yollanıb və hadisənin təfərrüatlarını öyrənməyə çalışıb.

Hadisə yerinə çatdığımız zaman artıq dünyasını dəyişənlərin meyitləri mənzildən çıxarılmışdı. Öyrəndik ki, dəm qazından boğulduqları bildirilən şəxslər Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 2000-ci il təvəllüdlü Turanə Vahid qızı Xanlayeva, 1999-cu il təvəllüdlü Lamiyə Vahid qızı Xanlayeva, 1993-cü il təvəllüdlü Aytən Elçin qızı Musayeva və Cəlilabad rayon sakini, 1999-cu il təvəllüdlü Mələk Mübariz qızı Abbasovadır. Lamiyə və Turanə Xanlayevalar bacı olublar.

Mələk Abbasova və Turanə Xanlayeva Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində oxuyublar.

Elə kollecin direktoru Rüxsarə Əliyeva da təlaş içərisində binanın qarşısında idi. R. Əliyeva ilə söhbətimiz zamanı o söylədi ki, Mələk Abbasova və Turanə Xanlayeva ikinci kurs tələbəsi olublar

Balakən rayonundan olan digər üç şəxs isə Turanə Xanlayevanın xalası və xalası qızları olub. Bildirildi ki, T. Xanlayevanın xalası Nübar Musayeva onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş…

Binanın qarşısında xeyli sayda insan toplaşsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən mənzilə daxil olmağa icazə vermədilər. Meyitlər içəridən çıxarıldıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qapını çöldən bağladılar..

Hadisədən bir neçə saat sonra mənzilə ilk girənlərdən olan Mənzil İstismar İdarəsinin sədri İmamverdi Sadıqov “Yeni Müsavat”a bildirdi ki, onlar içəri daxil olan zaman qaz xətti bağlı olub: “Hadisə baş verməzdən öncə qohumu qızlara zəng edib. Lakin onlara zəng çatmayıb. Qohumu bundan narahat olduğu üçün onları yoxlamağa gəlib. Ancaq qapının içəridən bağlı olması səbəbindən mənzilə daxil ola bilməyib. Daha sonra ev sahibi ilə əlaqə saxlayıb. Ev sahibi isə mənə zəng vurdu. Nəhayət, üçümüz də mənzilə daxil olmağa çalışdıq. Qapı bağlı olduğu üçün pəncərənin şüşəsini qırıb, içəri daxil olduq. Gördük ki, üç nəfər palazın üstünə yıxılıb, digərləri isə başqa otaqda idilər. Bunu görüncə qapını bağlayıb, heç kimi yaxına buraxmadım. Söylədim ki, polisə zəng edək, onlar gəlib araşdırsınlar. Belə də etdim. Biz orada olduğumuz zaman içəridən qaz qoxusu gəlmirdi. Həmçinin qaz xətti də bağlı idi. Bütün bunları rəhmətə gedənlərin qohumu da gördü ki, qaz yanmır və bağlıdır. Hazırda onların ölümünün səbəbini araşdırırlar”

Binada yaşayan digər qonşuların da fikirlərini aldıq. Öyrəndik ki, 6 saylı binanın istilik sistemi yoxdur. Qonşular söylədilər ki, binada istilik sistemi olmadığı üçün imkanı olanlar “kombi” qoyublar. Digərləri isə evlərini elektrik pilətələri ilə qızdırırlar. Təbii qazın verilişinə gəlincə, qonşular söylədilər ki, binada bununla bağlı heç bir problem yoxdur: “Qaz normal qaydada verilir. Heç bir problem yoxdur”.

Qonşular onu da dedilər ki, dünyasını dəyişən qızları yaxından tanımasalar da, sakit, ağıllı qızlar kimi xatırlayırlar.

Hadisə ilə bağlı “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayevlə də əlaqə saxladıq.

İ.Kərbəlayev “Yeni Müsavat”a bildirdi ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hələ ki hadisənin dəm qazından baş verib-verməməsi dəqiq deyil: “Orada qazın verilişində heç bir problem yoxdur. Onların hansı səbəbdən dünyalarını dəyişməsi hələ dəqiq deyil. Hüquq-mühafizə orqanlarının araşdırmasından sonra bu məlum olacaq. Binada sayğaclaşma işləri aparılıb, qazın da verilişində problem olmayıb”.

Hadisə ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, Abşeron Rayon Prokurorluğuna daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib:

“Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölmüşlər

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”- deyə, Baş Prokurorluğun mətbuat xidməti tərəfindən bildirilib.

Qaynar.Az

Elchi.az
Previous Post

5 qadının müəmmalı ölümünün təfərrüatları

Next Post

Mərkəzi Bankdan manat açıqlaması: FED-in qərarı…        

Bənzər yazılar

İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub

12 Fevral 2026 - 19:56

İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli...

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

18 Aprel 2024 - 11:00

Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Yaponiya ictimai televiziyası...

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

20 Dekabr 2023 - 09:30

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası...

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

19 Oktyabr 2023 - 15:56

Ukraynada Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri "Telegram"da məlumat yayıb....

Next Post

Mərkəzi Bankdan manat açıqlaması: FED-in qərarı...        

Mərkəzi Bankdan manat açıqlaması: FED-in qərarı...        

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.