İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Elchi.az xəbər verir ki, hərracda hər biri 1 lot üzrə Qəbələ rayonu “Siləyli” qum-çınqıl, “Salyan rayonu “Babazənən-I” gil, İsmayıllı rayonu “Maçaxi” qum-çınqıl və hər biri 2 lot üzrə Ağcabədi rayonu “Qarqarçay III” qum-çınqıl, İsmayıllı rayonu “Bilistan” qum-çınqıl faydalı qazıntı yataqları satışa çıxarılacaq. Ümumilikdə, hərracda 5 yataq üzrə 7 lot təqdim olunacaq.
Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.
Elanda göstərilən sənədlər 07 iyun 2023-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.
Qeyd edək ki, hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.
MB bu banka icrası məcburi sərəncam verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Sənaye Bankı ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib. AMB-dən Elchi.az-a verilən...