"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

4 nəfərlik ailənin aylıq yaşam norması – Azərbaycanda və dünyada

07 Dekabr 2016 - 09:56
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

İran səfiri Küveyt XİN-ə çağırılıb

4 nəfərlik ailənin  aylıq yaşam norması - Azərbaycanda və dünyada Natiq Cəfərli: “Ailələr məcburiyyətdən ərzaq səbətində avtomatik olaraq ixtisarlar edir”

Ərzaq məhsullarının bahalaşmasının ardından kommunal xidmətlərin də qiyməti artdı. Lakin maaş və təqaüdlərdə heç bir artım müşahidə edilmir. İnsanların aylıq orta əmək haqqını nəzərə alsaq, bir ailənin hazırkı qiymət şərtləri ilə bir ayda normal yaşayışını təmin edə bilməsi mümkünsüzdür. 
 
Sosioloqlara görə, bir insanın xoşbəxt və qayğısız  yaşaması üçün ildə 75 min dollar qazanması lazımdır. Bu isə ayda 6250 dollar edir ki, o da Azərbaycan reallığında  mümkünsüzdür. Maraqlıdır, bəs hazırkı şəraitdə 4 nəfərdən ibarət, orta statistik bir ailənin normal yaşaması üçün nə qədər vəsait lazımdır? 
 
İqtisadçı ekspert Natiq Cəfərli bundan ötrü aylıq 1500 manat lazım olduğunu dedi: “Hökumət Azərbaycanda köhnəlmiş və reallığı əks etdirməyən bir hesablama qaydaları müəyyən edib. Həm yaşayış minimumu, həm minimum istehlak zənbilini köhnə yanaşma ilə hesablayır və Azərbaycanda çox kiçik rəqəmlər alınır. Bunun da məntiqini anlayıram. O mənada ki, hökumət özü belə rəqəmlərlə oynayaraq, yaşayış minimumunu aşağı rəqəmlərlə göstərərək müəyyən dərəcədə büdcədən maliyyələşən insanların həm maaşlarını, həm də təqaüdlərini kəskin şəkildə artırmamaq üçün bu addımı atır. Yəni yaşayış minimumu artsa, avtomatik olaraq həm təqaüdlərdə, həm də maaşlarda ciddi artım müşahidə olunmalıdır. Azərbaycanda alternativ hesabatlar aparmaq çox çətin olduğu üçün biz məcburən qonşu ölkələrin praktikasına müraciət edə bilərik. Məsələn, bu yaxınlarda Türkiyədə hesablamalar aparılıb. Təxminən 4 nəfərdən ibarət standart türk ailəsinin minimum xərcləri ay ərzində təqribən 3100 lirəyə yaxın bir məbləğ müəyyənləşdirilib. Bura kommunal xərclər, ərzaq və digər xərclər daxil edilib. Buna uyğun götürsək, Azərbaycan reallığında indiki məzənnə ilə götürdükdə bu, təqribən 1500 manat edir. Bu da Azərbaycanın indiki reallığı ilə uyğunsuzluq təşkil edir. Yəni Azərbaycanda orta aylıq əmək haqqı təqribən 490 manata yaxındır. Minimum dolanışıqdan, standartlardan üç dəfə aşağı bir orta aylıq əmək haqqı varsa, deməli, Azərbaycanda bunun hesablanması ilə bağlı, ödənişlərlə bağlı ciddi problemlər var. Ona görə də Azərbaycanda son zamanların qiymət artımını, kommunal xərclərin artımını, valyutanın dəyər qazanmasını, milli valyutamızın ucuzlaşmasını, idxal mallarında ciddi bahalaşmanı nəzərə alsaq təbii ki, yaşayış minimumunun həddi ən azı Türkiyə qaydalarına görə hesablansa, 4 nəfərlik bir ailəyə 1500 manat civarında pul lazımdır”.
İndiki şərtlərdə ərzaq səbətindən nələrisə ixtisar etməklə ailələrin dolanışığını təmin etdiyini deyən N.Cəfərli insanların daha ucuz ərzaq məhsullarına üstünlük verdiyini bildirdi: “Ailələr ərzaq səbətində avtomatik olaraq ixtisarlar edir. Məsələn, ət bahalaşdıqca ailələr daha az ət istehlak etməyə məcbur olurlar. Əsasən daha ucuz ərzaq məhsullarına – makarona, vermişelə, undan hazırlanmış məhsullara üstünlük verilir. Bunların qiyməti nisbətən ucuzdur və doyumluluğu kifayət qədər yüksəkdir. Yəni avtomatik olaraq insanlar onsuz da öz ərzaq zənbilindən daha bahalı məhsulları çıxartmalı olurlar. Yəni kərə yağını azaldıb onun əvəzinə daha ucuz bitki yağlarından istifadə edirlər, ət məhsullarını azaldırlar. Bütün bu məcburiyyətdən doğan ərzaq zənbilində dəyişikliklər onsuz da baş verir. Çünki insanlar bu addımı atmağa məcburdurlar”.
Ümumiyyətlə, dünya ölkələrində həftəlik ərzaq məhsullarına xərclənən pula baxsaq, bunun Azərbaycandakından dəfələrlə çox olduğunu görərik. Təbii ki, bu ölkələrdə əmək haqları olduqca yüksəkdir. Məsələn, Yaponiyada 4 nəfərlik ailə üçün həftəlik bazarlıq etməyə 320 dollar, Çində 155 dollar, Fransada 420 dollar, Avstraliyada 380 dollar xərcləyirlər. Amerikalılar işdə olarkən fast food yeməklərinə pul xərcləməsələr, 4 nəfərlik ailə üzvləri üçün həftəlik ərzaq məhsullarına 340 dollar çatar. Almanlar da yeməklərinə az pul xərcləmirlər. Ailə başçısı 4 nəfərlik ailə üzvlərinə bir həftəlik bazarlıq edəndə 500 dollardan artıq pul Polşada təxminən 180-200 dollar xərcləməklə 4 nəfərlik ailənin həftəlik ərzaq tələbatını ödəmək mümkündür. Ekvadorda evin kişisi həftədə 35 dollar qazana bilirsə, 10 nəfərlik ailəsinə bir həftəlik bazarlıq etməsi problem deyil. Daha çox banan, kartof, kələm və digər meyvə tərəvəzlərə üstünlük verən Ekvador sakinlərinə həftəlik ərzaq məhsulları üçün 35-40 dollar bəs edir.
Previous Post

4 nəfərlik ailənin aylıq yaşam norması – Azərbaycanda və dünyada

Next Post

Apteklərdə saxta dərmanlar satılır – Diqqətli olun!

Bənzər yazılar

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

29 Noyabr 2026 - 11:40

Evində pişik saxlayan insanların gələcəkdə şizofreniyaya tutulma ehtimalının daha yüksək ola biləcəyi iddia edilir. Elchi.az xəbər verir ki, bu qənaətə...

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

29 Noyabr 2026 - 11:35

Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib. Elchi.az xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 29-u saat 11:00-a olan...

İran səfiri Küveyt XİN-ə çağırılıb

İran səfiri Küveyt XİN-ə çağırılıb

27 Noyabr 2026 - 20:10

Küveyt Xarici İşlər Nazirliyi (XİN) iki İtaliya vətəndaşının ölümü ilə nəticələnən pilotsuz uçuş aparatları ilə hücumdan sonra İranın səfiri Məhəmməd...

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

Astarada iki avtomobil toqquşub, xəsarət alan var

27 Noyabr 2026 - 20:04

Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb. Elchi.az -ın  məlumatına görə, hadisə rayonun Təngərüd kəndində baş verib....

Next Post

Apteklərdə saxta dərmanlar satılır - Diqqətli olun!

Apteklərdə saxta dərmanlar satılır - Diqqətli olun!

Son xəbərlər

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib

29 Noyabr 2026 - 11:40
Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub

29 Noyabr 2026 - 11:35

Şahmat arxivindən: Zəhra Allahverdi son turdan əvvəl çempionluğu təmin edib

29 Noyabr 2026 - 04:56

Şahmat arxivindən: Aydın Süleymanlının Honkonqda Karlsen üzərində qələbəsi

29 Noyabr 2026 - 04:43
“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

28 Noyabr 2026 - 20:17
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB – AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU

28 Noyabr 2026 - 14:02

FHN Elmi-Tədqiqat Pediatriya İnstitutunda təlim keçirib – VİDEO

28 Noyabr 2026 - 13:58
Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

Hakan Fidan müsəlman ölkələrinə çağırış etdi

28 Noyabr 2026 - 13:20
“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

“Reuters”: Müğənniyə verilən şallaq cəzasının icrası İranda ictimai qəzəbi körükləyə bilər

28 Noyabr 2026 - 12:57
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

28 Noyabr 2026 - 12:32
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

28 Noyabr 2026 - 12:19
Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Əli Əsədov “Şərəf” ordeni ilə təltif edilib – SƏRƏNCAM

28 Noyabr 2026 - 12:03
Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

Zelenski Ukrayna üçün mümkün təhlükəsizlik zəmanətlərinin detallarını açıqladı

28 Noyabr 2026 - 11:45
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb

28 Noyabr 2026 - 11:29
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib

28 Noyabr 2026 - 11:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.