Azərbaycanda 300-dən çox şəxsin pensiyasının qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablanması faktı aşkarlanıb.
Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi həmin şəxslərin pensiya məbləğlərinin qanuna uyğunlaşdırılaraq artırılmasını təmin edib.
Eyni zamanda ailə başçısını itirməyə görə pensiya alanlar üzrə 75 vətəndaşın pensiyası yenidən hesablanmaqla 45 faiz artırılıb. Həmin artımların qeyd olunan şəxslərin pensiya hüququ yarandığı dövrdən hesablanaraq verilməsinə başlanıb.
Hazırda müvafiq araşdırmalar davam etdirilir.
Pişik saxlayan insanlarda şizofreniya riski ilə bağlı xəbərdarlıq edilib
Evində pişik saxlayan insanların gələcəkdə şizofreniyaya tutulma ehtimalının daha yüksək ola biləcəyi iddia edilir. Elchi.az xəbər verir ki, bu qənaətə...


















Son şərhlər