EN RU

3-cü mərtəbədən düşən uşaq sağ qaldı

>

Mingəçevir şəhərində üçüncü mərtəbədən düşən uşaq sağ qalıb.

Bunu da oxuyun

“Report” Şirvan bürosunun məlumatına görə, hadisə Mingəçevir şəhəri Abdulla Şaiq küçəsində qeydə alınıb.

Belə ki, həmin binanın 27-ci mənzilində yaşayan, 2014-cü il təvəllüdlü Vüqar Vüsal oğlu Nağızadə ehtiyatsız davranaraq binanın üçüncü mərtəbəsindən yerə yıxılıb. Sol ayağında sınıqlar və üz nahiyyəsində müxtəlif xəsarətlər alan azyaşlı dərhal Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyi nəticəsində V.Nağızadə sağ qalıb.

Hazırda uşağın vəziyyəti stabildir, müalicəsi davam edir.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com