“27 sentyabr 2020-ci il millətimizin tarixində daim xatırlanacaq və anılacaqdır”.
Elchi.az xəbər verir ki, millət vəkili Musa Qasımlı FB hesabında qeyd edib:
“Çünki 27 sentyabr: yüzilliklər ərzində millətimizə qarşı böyük dövlətlər tərəfindən qurulmuş və həyata keçirilmiş planların darmadağın edilməsinin başlandığı gündür;
-millətimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışına səs verərək bir yumruq kimi birləşib təkcə işğalçı Ermənistan və dünya erməniliyi deyil, onların güclü havadarları üzərində qələbənin təməlinin atıldığı gündür;
-milli qeyrət, cəsarət və qəhrəmanlıq günüdür;
milli iradənin hər şeydən üstün olduğunu sübut edən gündür;
-təkcə ərazi bütövlüyümüzün bərpasına deyil, tarixi torpaqlarımızın bütövləşməsinə aparan yolun başlanğıcıdır;
-türk dünyasının intibah günüdür;
dünyada haqsızlığa uğrayan xalqların qurtuluş rəmzidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
Şayəstə