EN RU

2500-dən çox tələbə bu il diplom ala bilməyib

>

Bunu da oxuyun

2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinə ümumilikdə 33 880 gənc qəbul olub. “Report”un məlumatına görə, onlardan dövlət ali təhsil müəssisələrinə 28 839 nəfər, özəl ali təhsil müəssisələrinə isə 5 041 nəfər qəbul olub.

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2016/2017-ci tədris ilində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrini bakalavriat səviyyəsi üzrə bitirənlərin (diplom alanların) sayı ümumilikdə 30 457 nəfər olub.

Onlardan 22 100 nəfəri Təhsil Nazirliyinin tabeliyində olan, 4 372 nəfəri digər dövlət qurumlarının tabeliyində olan, 3985 nəfəri özəl təhsil müəssisələrini bitirib.

Nəzərə alsaq ki, 2013/2014-cü tədris ilində Azərbaycan Tibb Universitetinə qəbul olan 932 gəncdən 104 nəfəri (4 illik əczaçılıq fakültəsi) bu il oranı bitirib. Bu da o deməkdir ki, 828 tələbə hələ də təhsilini davam etdirir.

Yekun nəticəyə görə, bu il 3423 nəfər diplom ala bilməyib. Bu saydan da ATU-da tədrisini davam etdirən 828 tələbəni nəzərə alsaq, deməli, azı 2595 tələbə diplomsuz qalıb.

Bənzər yazılar

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə...

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com