“Azərbaycan xalqının Qarabağ uğrunda mübarizəsinin son mərhələsinə qədəm qoyuruq. Laçın-Şuşa yolunun üzərindəki etirazları bu mübarizənin başlanğıcı hesab etmək olar”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“Bundan sonrakı prosesləri sivil təşkilatların, QHT və partiyaların dəstəyi ilə həyata keçiriləcəyi bir dövr olacağı qənaətindəyəm.
Qarabağın ermənilər yaşayan Xankəndi, Xocalı və digər erməni nəzarəti ərazisində olan yaşayış məntəqələrində Azərbaycanın hakimiyyətini bərpa etmək üçün dinc hesab edilən erməniləri ancaq dinc yollarla yola gətirmək olar. Bu məqsədlə də keçirilən aksiya yerinə düşür. Həmin ermənilər yolun bağlı qalmasının nəticələrini öz üzərilərində hiss etdikcə kimin vəziyyətə nəzarət etdiyini daha yaxşı anlayırlar.
Təbii ki, Azərbaycanın məqsədi ermənilərin Ermənistanla əlaqəsini kəsmək deyil, sadəcə onlara başa salmaq istəyir ki, kimin onları himayə etməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar kənar qüvvələrin təhriklərinə aldanıb özlərinin çətin güzəranlarını daha da çətinləşdirməsinlər. Azərbaycan dövlətinin tərkibində sakit və rahat həyat sürsünlər.
Hesab edirəm ki, etiraz aksiyasının iştirakçılarının tələbləri tezliklə yerinə yetiriləcək və ekoloqlar monitorinq üçün mədənlərə buraxılacaqlar”.
Politoloqun sözlərinə görə, Putinin ölkə başçısına aksiyanın ilk saatlarında zəng vurması, amma aksiyanın hələ də davam etməsi onu göstərir ki, dövlət başçısı kimin söz sahibi olduğunu Putinə yaxşı başa salıb:
“Bu aksiya bir daha Azərbaycan xalqının heç nəyə baxmadan, qarşısındakının kimliyini nəzərə almadan proseslərin üzərinə cəsarətlə gedəcəyinin isbatıdır. Təbii ki, bu, özünü proseslərdə söz sahibi hesab edən qüvvələrə də mesaj oldu”.
Yeganə