"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Milli həmrəyliyimiz məktəblərdən başlayır!

05 Oktyabr 2022 - 16:33
in SOSİAL
FacebookVatsap

“Məktəblərdə zorakılıq halları niyə baş verməlidir ki? Axı adından da göründüyü kimi məktəb təhsil ocağıdır, uşaqlara bilik verən, cəmiyyətin ziyasını, nurunu artıran müqəddəs məkandır. Məktəb zorxana deyil. Amma görünən budur ki, bəzi harın valideynlər və onların ərkəsöyün, tərbiyəsiz övladcığazları məktəblə məhləni, dərs otağı ilə rinqi səhv salırlar. Bu baxımdan, mən paytaxtımızda yerləşən 112 saylı məktəbdə bir şagirdin öz sinif yoldaşı tərəfindən amansızcasına döyülməsinin günahını ilk növbədə həddini aşmış həmin şagirddə və onu yırtıcı, quldur xislətində böyüdən valideynlərində görürəm”.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Elchi.az-ın məlumatına görə bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov FB hesabında bildirib:

“Odur ki, mən sözügedən hadisənin baş verməsinin günahını ailə, valideyn, məktəb, müəllim, direktor, sinifdəki şagirdlər, nazirlik, döyən və ya döyülən şagirdlər arasında bölüşdürməyə çalışan şəxslərin mövqeyi ilə qətiyyən razı deyiləm. Əlbəttə, bu hadisədə məktəb də, direktor və müəllim də, nazirlik də müəyyən qədər günah daşıyıcısı ola bilər. Ancaq əsas günahkar məhz ailədir, valideynlərdir. Çünki bəzi ailələrdə ailə dəyərləri yox, “meşə qanunları” hökm sürür. Bəzi valideynlər sanki öz övladlarını cəmiyyət üçün yox, cəngəllik üçün yetişdirirlər. Bəzi valideynlər isə ümumiyyətlə, uşaqlarının tərbiyəsi ilə məşğul olmurlar.
Valideyn nəzarətindən kənarda qalan uşaqlar tin uşaqları kimi, küçə psixologiyası ilə, küçə əxlaqı ilə böyüyürlər. Bəziləri isə özlərini hətta kriminal “avtoritet”lərə bənzətməyə, digər uşaqları zorakı üsullarla özlərinə tabe etdirməyə çalışır. Belə şagirdlərə indi bütün məktəblərdə rast gəlmək mümkündür. Məktəblərin və müəllimlərin aqressiv valideynlərin basqısından çəkinmələri isə bu cür tərbiyəsiz və özbaşınalığa meylli uşaqların sayının get-gedə daha da çoxalmasına rəvac verir. Odur ki, mən hörmətli millət vəkilimiz Aqil Abbasın sözügedən xoşagəlməz insidentə “Əşi, uşaq dalaşar da. Əsas günah onları kameraya çəkən və aralamayan digər şagirdlərdədir”, deyə verdiyi qəribə reaksiya ilə heç cürə razılaşa bilmirəm. Bu düzgün yanaşma deyil.
Biz bu cür yanaşma ilə kifayətlənsək, belə zorakılıqların sayı bir müddətdən sonra daha da çoxalacaq. Cəzasızlıq cinayətlərin artmasına səbəb olur. Bu ki hamının bildiyi adi həqiqətdir, aksiomadır. Odur ki, biz bu olayın üzərindən “Əşi, uşaq dalaşar da” mental-düşüncə tərzi ilə ötüb keçməməliyik. Öz sinif yoldaşını döyən həmin azğın şagird də və hətta onun valideynləri də mütləq məsuliyyətə cəlb olunmalıdır ki, bu addım digər məktəblilərə də, digər valideynlərə də görk olsun.
Belə azğın məktəbliləri islah etmək üçün şiddətli töhmət əsla yetərli deyil. Mən bunu çox sayda valideynlərin sözügedən videonu izlədikdən sonra öz məktəbli uşaqları üçün dərin narahatlıq hissi keçirdiklərinə görə deyirəm. Bəli, indi əksər valideynlər qorxur ki, iraq olsun, sabah hansısa qudurmuş şagirdlər onların da məktəbə gedən uşaqlarına qarşı oxşar zorakılıqları edə bilər. Biz həmin valideynlərin hisslərinə, həyəcanlarına, narahatlıqlarına anlayışla yanaşmalıyıq.
Biz məktəblərimizdə sevgi və mərhəmət hissindən məhrum kriminal ünsürlərin, potensial cinayətkarların yox, Vətənə, millətə, bütün azərbaycanlılara sevgi hissilə yanaşan vətənpərvər, savadlı gənclərin yetişməsini təmin etməliyik. Milli həmrəyliyimiz məktəblərdən başlayır!”.

Şayəstə


Previous Post

Ukraynalı hərbçilər Britaniyada təlimlərə başladı

Next Post

Koronaya yoluxanların sayı açıqlandı

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post
İTSDA: Yanvar-fevral ayları üzrə müddətli əlavə və mükafat ödənilib

Koronaya yoluxanların sayı açıqlandı

“Üçüncü tərəflər Ermənistanı sülh masası arxasına oturmamağa məcbur edirlər”

"Üçüncü tərəflər Ermənistanı sülh masası arxasına oturmamağa məcbur edirlər"

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.