“Report” xəbər verir ki, bu, FİFA-nın Rusiyanın paytaxtı Moskvada keçirilən 68-ci Konqresində məlum olub. Kanada – Meksika – ABŞ triosunun yeganə rəqibi Mərakeş olub. Konqres nümayəndələri arasında açıq elektron səsvermə yolu ilə keçirilən seçkidə Mərakeş 65 səs toplayıb. Amerika ölkələrinə isə 134 səs verilib. 1 səs isə bitərəf olub.
DÇ-2026-da ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq. Onlar 16 qrupda çıxış edəcəklər. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək.
Bundan başqa, dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq. Əvvəllər yalnız bir dəfə 2 ölkə – Yaponiya və Cənubi Koreya DÇ-2002-yə ev sahibliyi edib.
Qeyd edək ki, konqresdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.
Azərbaycanın stolüstü tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə daha bir beynəlxalq turnirdə etimadı doğruldub. Elchi.az xəbər verir ki, qitənin ən istedadlı idmançılarından sayılan...